• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şərhçi Malinovskini “rusiyalı” adlandırdığına görə üzr istədi

Dünya futbolu

14-02-2023, 19:0

Müqavilə ilə “Atalanta”ya məxsus olan və icarə əsasında “Marsel”in şərəfini qoruyan Ruslan Malinovski ilə bağlı xəbər var.

Ukraynalı futbolçu Liqa-1-in son turunda səfərdə “Klermon”la qarşılaşmada (2:0) 90 dəqiqə meydanda oldu. 36-cı dəqiqədə onun yerinə yetirdiyi cərimə zərbəsi zamanı top qapının çox üstündən keçdi. İngilisdilli “Bein Sports” kanalının ingiltərəli şərhçisi Fil Şoen canlı yayında bu epizodu belə şərh etdi: “Rusiyalı futbolçunun zərbəsindən sonra top az qala Moskvaya qədər gedib çıxdı”. Şərhçinin bu sözləri Malinovskinin həyat yoldaşının kəskin narazılığına səbəb olduğundan bu xanım səhifəsində “bu nə danışır? Belə savadsız şərhçilər bu cür oyunlara buraxılmamalıdı” ifadəsini yazdı. Matçın ardından Malinovski “tvitter”dən Fil Şoenə müraiət edərək ondan izahat tələb etdi. Şərhçinin cavabı belə oldu:

“Səhvimə görə üzr istəyirəm. Mən dəfələrlə sizin ukraynalı olduğunuzu demişəm. Amma həmin zərbədən sonra Moskva ilə bağlı ifadə işlətdim. Mən bir saat gözyaşardıcı qazla dolu olan otaqda oturmalı olmuşdum və həmin an heç Rusiya barədə düşünmürdüm. İndi çox çətin məqamdı və başa düşürəm ki, insan qarışıq hisslər keçirir”.

Görünür, şərhçinin bu cavabı Malinovskini qane etmədi. 29 yaşlı yarımmüdafiəçi ona belə cavab verdi: “Mən heç bilmirdim ki, Fransada buraxılan qaz Floridaya qədər gedib çıxa bilər. Canlı yayında səhv etmisizsə, istərdim ki, üzrxahlığı da “tvitter”də yox, növbəti canlı yayında edəsiz”. Qeyd edək ki, “Klermon” – “Marsel” oyunu stadionun ətrafında iki klubun fanatları arasında yaşanan çaxnaşma üzündən 50 dəqiqə gec başlamışdı. Polislər aranı sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə etməli olmuşdular. Həmin qaz stadionun tribunalarına qədər gedib çıxmışdı.

Maraqlıdı ki, bir müddət öncə Malinovski özü də buna bənzər bir məsələyə görə üzr istəməli olmuşdu. Yanvarın 28-də keçirilən “Marsel” – “Monako” oyununun final fitindən sonra o, rəqib komandanın rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovinlə gülərüz şəkildə qucaqlaşdığı üçün həmyerlilərinin qəzəbinə tuş gəlmişdi. Çox keçmədən Malinovski bu hərəkətinə görə ukraynalılardan üzr istəmiş, bunu ani diqqətsizlik adlandırmış və “kaş ki, həmin an onun yanından ötüb gedəydim” ifadəsini yazmışdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2022, 20:0

Malinovski "Atalanta"dan ayrıla bilər

Dünya futbolu

9-01-2023, 22:0

Malinovski Fransa nəhəngində

Dünya futbolu

14-01-2023, 12:0

“Marsel” 19 yaşlı futbolçusunu icarəyə göndərdi

Ölkə futbolu / Manşet

11-08-2022, 18:0

Tahir Gözəl "beIN Sports"un qonağı oldu - VİDEO

Dünya futbolu

21-05-2022, 12:0

Merih Dəmiral ata oldu

Aktual
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
Son xəbərlər
  • Bu gün, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Bu gün, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Bu gün, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Bu gün, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Bu gün, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Bu gün, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Bu gün, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Bu gün, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Bu gün, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Bu gün, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Bu gün, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Bu gün, 15:50
    Londondan Liverpula yollandı
  • Bu gün, 15:20
    Haunun xələfi o oldu
  • Bu gün, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Bu gün, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Bu gün, 13:58
    MS-yə yenə gərək olmadı
  • Bu gün, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Bu gün, 12:56
    Milli komandanı tərk edəcək
  • Bu gün, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Bu gün, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Bu gün, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Bu gün, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 127
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə