Rusiyalı sabiq futbolçu Gennadi Orlov maraqlı açıqlama ilə diqqət çəkib.
Football-plus.az xəbər verir ki, hazırda televiziyada şərhçi kimi fəaliyyət göstərən 78 yaşlı keçmiş forvard “Sabah” klubunun baş məşqçisi Murad Musayev və digər mütəxəssislərin bu yaxınlarda “Pro” lisenziyasını almasına münasibət bildirib:
“Bizim məşqçilərimiz zəifdilər. Ölkədə cəmi 2 məşqçi var – Sergey Semak və Valeri Karpin. Digərləri mübahisəlidi. Bəzi məşqçilər premyer-liqa klublarında çalışsalar da, heç bir uğur əldə edə bilmədilər”.
Qeyd edək ki, yanvarın 10-da Vasili - Aleksey Berezutski qardaşları, Spartak Qoqniyev, Aleksandr Kerjakov, Sergey İqnaşeviç, Sergey Kornilenko, Oleq Yarovinski və Murad Musayev “Pro” kateqoriyalı məşqçilik lisenziyasını alıblar.