“Sabah”ın baş məşqçisi Murad Musayev UEFA-nın PRO lizensiyası almasına münasibət bildirib.
Football-plus.az xəbər verir ki, 39 yaşlı rusiyalı mütəxəssis öz ölkəsinin mətbuatına açıqlamasında buna görə şad olduğunu dilə gətirib:
"Milli komandanın və klubların (Rusiyanın) beynəlxalq yarışlarda iştirakı ilə bağlı ən ağrılı və vacib məsələ istisna olmaqla, UEFA ilə əlaqəmiz bütün məsələlərdə dəyişməyib. Bu üzdən təhsil fəaliyyəti ilə bağlı bütün məsələlər, o cümlədən təhsil lisenziyalarına görə bağlı UEFA ilə əlaqəmizi davam etdiririk. PRO lisenziyasının alınması iki il davam edən və lisenziyanın alınması ilə başa çatan prosesin məntiqi davamı idi. lisenziya alındıqdan sonra heç bir böyük dəyişiklik olmayıb. PRO-nu almaqdığıma şadam. Bununla onu da qeyd edim ki, hazırlıq kursları mənim üçün asan olmadı. Çünki buna görə müxtəlif şəhər və ölkələrə uçmalı oldum".
Xatırladaq ki, Rusiya Futbol İttifaqında 2020-ci ildən hazırlıq keçən Musayevə məşqçilikdə ə yüksək kateqoriya olan UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyası verilib.