Cavad Mirzəyev ötən mövsümdə komandasında çıxış edən və bu yaxınlarda Moldovanın "Dinamo-Avto"ya keçən Azad Qolikmilanla bağlı da fikir bildirdi.
“Qarabağ-2”in çalışdırıcısı bununla bağlı Football-plus.az-a açıqlama verdi:
"Azad pis futbolçu deyildi. Sadəcə, həm yaşının çox olması, həm də legioner olmasına görə ondan istədiyimiz effekti görmədik. O, heyətimizdə 2-3 futbolçudan biriydi ki, 2000-ci il təvəllüdlüydü. Eləcə də David Sayenkoyla yanaşı 2 legionerdən biriydi. Sadəcə, rəqabətə davam gətirə bilmədi. Ona yeni klubunda uğurlar arzu edirəm".
ABDULLA İSMAYILOĞLU