"Kəpəz" Türkiyədə keçirdiyi təlim-məşq toplanışını davam etdirir.
Football-plus.az xəbər verir ki, əvvəlki günlərdə olduğu kimi futbolçular dünən də iki dəfə məşq ediblər. Səhər saatlarında keçirilən ilk hazırlıq prosesi təxminən saatyarım sürüb.
Məşqdə xəstə olan Samir Məhərrəmli ilə zədəli Elçin Əlicanov iştirak etməyib. Hər iki futbolçunun sağlıq durumu tibbi personalın nəzarəti altındadı.