“Səbail” qış hazırlıq planı müəyyənləşib.
Football-plus.az xəbər verir ki, “dənizçilər” cari mövsümün ikinci hissəsinə hazırlıq üçün Antalyada toplanacaq. Bunu klubun rəsmi "feysbuk" səhifəsi açıqlayıb.
“Səbail” yanvarın 3-dən 17-dək Türkiyədə məskunlaşacaq. Komanda burda 3 yoxlama matçı keçirəcək. “Dənizçilər” “Legiya”, “Bohemians” və “Spartak”la qarşılaşacaq.