• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Neftçi” Salyanskinin uşaqlıq arzusu olub: "İnanırıq ki, fasilədən sonra komandamız layiq olduğu 1-ci yer uğrunda döyüşəcək”

Manşet / Müsahibə

29-12-2022, 15:0

Rügekampf "Neftçi"nin “sükanı arxasına” keçəndən sonra bir çox gənc futbolçunun debüt etməsinə şərait yaratdı.

Bunlardan biri də 18 yaşlı Ağadadaş Salyanskidi. 18 yaşlı hücumçu 15-ci turda ilk oyuna çıxdısa, 18-ci turda qol hesabını da açdı. Belədə onunla danışmağa ehtiyac duyduq.

- Futbola marağın necə yarandı və bu idman nvünün sirlərini hansı klubda öyrənməyə başladın?
- Uşaqlıqdan futbola marağım vardı. 6 yaşımda futbol oynamağa başladım. Suraxanıda "Neftçi" İdman Klubunun məşqlərinə getdim, 2-3 aydan sonra isə "Neftçi"nin məşqçisi Vaqif Əliyev məni görüb oyunumu bəyəndi. Bundan sonra o, “Neftçi”də oynamağı təklif etdi və bu dəvəti məmnuniyyətlə qəbul etdim. Fürsətdən istifadə edib Vaqif müəllimə dərin təşəkkürümü bildirirəm. Futbolçu kimi yetişməyimdə onun böyük rolu var.

- "Neftçi"də bu mövsüm debüt etdin. Təəssüratın maraqlıdı.
- Uşaqlıqdan ən böyük arzum "Neftçi"nin futbolçusu olmaq və meydanda onun üçün can qoymaq olub. Bura gələn gündən debüt etmək arzusuyla yasayırdım. Şükürlər olsun, arzuma cata bildim. Mənə güvəndikləri üçün məşqçilər heyətinə təşəkürümü bildirirəm.

- Bir neçə oyunda qol imkanı yaxalasan da, yalnız 18-ci turda "Şamaxı" ilə matçda rəqib qapısına yol tapdın. Qol vuracağını gözləyirdin?
- Ümumiyyətlə, hər oyuna qol vurmaq məqsədiylə çıxıram. Əvvəlki çempionat və kubok qarşılaşmalarında da fərqlənmək fürsətim olmuşdu. Açığı, həmin oyunlardakı qol imkanları daha real idi. Sadəcə, son nöqtəni qoya bilmirdim. Sevinirəm ki, mövsümün ilk yarısının son matçında "Neftçi"də qol hesabımı açdım. Bu, üzərimdə daha çox çalışmağım və fasilədən sonra daha yaxşı performans sərgiləyib qollar vurmağım üçün xüsusi motivasiya olacaq. Gələcəkdə həm komandamı, həm də azarkeşlərimizi sevindirmək üçün əlimdən gələnin maksimumunu etməyə çalışacam.

- Laurentsiu Regekampfı bir məşqçi kimi necə xarakterizə edərdin?
- Regekampf həm çox gözəl insan, həm də yaxşı məşçidi. Onun məşq prosesi maraqlı və faydalı kecir. İnanıram ki, rumıniyalı mütəxəssisin rəhbərliyi altında "Neftçi"ni qarşıda böyük qələbələr gözləyir.

- "Neftçi"nin çempionatın ilk yarısındakı çıxışını necə qiymətləndirərdin?
- Komandaya yeni baş məşqçinin gəldiyini və heyətin yenidən formalaşdığını nəzərə alsaq, fikrimcə, ilk yarını yaxşı keçiridik. Amma məsələyə başqa prizmadan baxsaq, yəni hamımız bilirik ki, “Neftçi” Azərbaycan futbolunun flaqmanıdı, klubun birincilikdən başqa tutduğu yerlərin heç biri qənaətbəxş nəticə deyil. Mən və bütün kollektiv inanırıq ki, fasilədən sonra komandamız layiq olduğu 1-ci yer uğrunda döyüşəcək. Bunun üçün hamılıqla əlimizdən gələn hər şeyi edəcəyik.

- Necə düşünürsən, “Qarabağ” bu mövsüm də asan çempion olacaq?
- "Qarabağ"ın gücü və sərgilədiyi oyun hamıya bəllidi. Amma heç bir klub asan çempion olmur. “Köhlən atlar"ın da rahat çempion olacağını demək düzgün deyil. Bizim də çempion olmaq şansımız var, qış fasiləsindən sonra bunun üçün əlimizdən gələni də edəcəyik.

- "Qarabağ"ın uğurlu çıxışının sirrini nədə görürsən?
- Mənim "Qarabağ" haqda danışmağım düz çıxmaz. Öz performansımı artırmaqda və komandama mümkün qədər çox fayda verməkdə maraqlıyam.

- Çempionatın səviyyəsini necə qiymətləndirərdin?
- Bu mövsüm komandaların sayı artdı. Çempionatın da səviyyəsinin yüksəldiyini düşünürəm. Bütün turlar gərgin keçir, hər bir komanda sona kimi meydanda döyüşür.

- Hansı komandaya azarkeşlik edirsən?
- Təbii ki, öncəliklə "Neftçi"yə. Xarici klublardan isə "Çelsi"yə.

- Canni de Byazidən yığmaya dəvət gözləyirsən?
- Təbii ki, hər bir azərbaycanlı futbolçu kimi, mən də əsas milliyə dəvət olunmağı arzulayıram. Böyük sevinclə ölkəmi və onun futbolunu dünyanın bütün böyük turnirlərində layiqincə təmsil etmək arzumdu. Amma düzünü desəm, ölkənin əsas yığmasına dəvət almaq barədə hələ düşünməmişəm. Bütün fikrimi üzərimdə daha çox çalışmaqla klubumda tez-tez şans qazanmağa yönəltmişəm. Yaxın gələcəkdə əsas məqsədim “Neftçi”nin əsas oyunçusu olmaqdı.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

22-10-2022, 15:0

“Azərbaycan futboluna az da olsa, töhfə verdiyim və onun bir parçası olduğum üçün qürur duyuram"

Manşet / Müsahibə

6-07-2022, 17:0

Legioner həyatı yaşamaq Asimin uşaqlıq arzusudu - MÜSAHİBƏ

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 216
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə