• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rəşad Sadıqov: "Nə vurdularsa, qol oldu"

Ölkə kuboku / Manşet

20-12-2022, 22:0

Azərbaycan kubokunun 1/4 final mərhələsinə yekun vurulub.

"Neftçi" "Zirə"ni məğlub edib - 3:1. Oyundan sonra "qartallar"ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"120 dəqiqə maraqlı futbolun şahidi olduq. Birinci hissədə baxımlı olmasa da, aqressiv oyun gedirdi. İkinci hissədə oyun çox dəyişdi. Baxımlı və sürətli futbol izləyirdik. Hər iki komanda mərhələni keçməyə layiq idi. "Neftçi"ni təbrik edirəm. Dünən "Qarabağ" və "Sabah"ın mübarizəni dayandırması "Neftçi" üçün əlavə motivasiya olacaqdı. Biz də çox istəkli idik. Rəqib əlinə düşən fürsətlərdən maksimum istifadə etdi. Qaçırdıqları epizod xatırlamıram. Nə vurdularsa, qol oldu. Bizim isə yaxşı qol vəziyyətlərimiz oldu. Son zərbə çatmadı. Rəqibin heyətində yetərincə usta futbolçular var. Bu faktor oyunun taleyində əsas rol oynadı".


- Bu gün açıq futbol oynasaydız, nəticənin fərqli olacağını düşünmürsüz?
- İkinci hissədən etibarən açıq futbol oynadıq.

- Paltardəyişmə otağında Rəhimlə Keytanın arasında nə baş vermişdi?
- Bilmirəm, görməmişəm. Mən gələndə sakitlik idi, hamı oturmuşdu. Futbolçularla danışdım.

- Penaltini Rəhim Sadıxov vurmaq istəyirdi, amma Keyta vurdu. Rəhimi buna görə əvəzlədiz?
- Bəli. Rəhimi penaltiyə görə əvəzlədim. Bizdə iki penaltiçi var. Keyta və Rəhim. Birinci Keytadı. O, özünü inamlı hiss etmədikdə Rəhim vura bilər. Keyta topu götürüb vururdu. Aralarında bölüşə bilmədilər. Bu hal heç xoşuma gəlmədi. Pozitiv notlarda idim. Yaxşı mübarizə gedirdi, fərqlənə bilərdik. Amma o epizod məni məyus etdi.

- Keyta ikinci dəfədi penaltini qaçırır...
- Ola bilər. Bundan sonra da qaçıra bilər. Bizim penaltiçimiz Keytadı. Bir çox futbolçular qaçırır. Bu həssas məqamdı. Tez-tez dəyişmək olmaz. Mənə xoşdu ki, futbolçu səhv etdikdən sonra yenə özünə güvənir. Keyta penaltini öz əməyi ilə qazandı. Futboldu, belə şeylər olur.


- Rəhim Sadıxovu cəza gözləyir?
- Bu haqda düşənəcəm. İsti-isti fikir bildirib tələskən qərar vermək istəmirəm.

- "Neftçi" azarkeşləri sonda sizi xoş qarşıladı. Bu, gözlənilməz oldu?
-
Çox xoş idi. "Neftçi" azarkeşləri karyeramda böyük rol oynayıblar. Böyük futboldakı ilk addımlarımı burda atmışam, burda püxtələşmişəm. O illərdə "Neftçi" azarkeşlərinin sevgisi və dəstəyi olub. "Neftçi" və "Qarabağ" azarkeşlərinin həyatımda xüsusi yeri var.

- Əsas favoritlərin kubokdan getdiyi məqamda mübarizəni dayandırdınız. Buna görə təəssüflənirsiz?
- Masa üzərində hansısa rəqib zəif görünür. Amma hər şey ola bilər. Üçüncü dəfədi ki, "Neftçi" ilə qarşılaşırdıq, iki dəfə biz keçmişdik. İki dəfə əvvəl keçdiyin komandanı sonra keçmək çətindi. Çünki rəqib motivasiya ilə çıxır. Futbolçular özlərinə və futbol camiəsinə nəsə göstərmək istəyirlər. "Neftçi" istəkli idi. Azərbaycan futbolu bu gün qazandı. Biz də qalib gələ bilərdik. İki il biz keçmişdik, bu il onlar keçdi. Önümüzə baxacağıq.

- Rəhim Sadıxov bu mövsüm fərqli mövqelərdə oyayıb. Bunun səbəbi nədi?
- Transfer etdikdə o mövqe üçün planlaşdırmırdım. Müəyyən itkilər, zədələr oldu. Ondan daha çox hücumçu kimi istifadə etdik. Bu gün solda başladı. İlk oyunla müqayisədə oyun planında heç nə dəyişməmişdi. Rəhim universal futbolçudu. Hücumçu transfer etmək istəyirəm. Zədəlilərimiz çox olur, hücumçusuz oynayırıq neçə matçdı. Meydana buraxmağa hücumçu yox idi. Rəhimə əsəbiləşdim. Ona görə onu Toni ilə əvəzlədim.

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku / Manşet

8-12-2022, 20:0

Rəşad Sadıqov: “Meydanda amansız mübarizə gedirdi”

Premyer-liqa

18-09-2022, 23:0

"Bu gün “Qarabağ” qarşısıalınmaz idi" - Rəşad Sadıqov

Premyer-liqa

9-04-2022, 19:0

"Rəqibin bizdən yeganə üstünlüyü əlinə düşən fürsətlərdən istifadə etməsi idi" - Rəşad Sadıqov

Yığma / Manşet

16-11-2022, 23:0

"Futbolçularım çox istəkli idilər"

Avropa Liqası

7-10-2022, 01:0

"Belə bir turnirdə səhv edəndə bədəlini ödəyirsən" - Miçel Qonzales

Premyer-liqa

21-05-2022, 19:0

"Rəşad Sadıqovun əməyi görünür" - Vaqif Paşayev

Aktual
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
Son xəbərlər
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 78
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə