"Keçiörengücü"ndən ayrılaraq Azərbaycana qayıdan Vüsal İsgəndərli "Sumqayıt"ın düşərgəsində məşqlərini davam etdirir.
"Football-plus.az" xəbər verir ki, azərbaycanlı futbolçunun xidmətində maraqlı olan Rusiya, Türkiyə, Polşa klubları var. Azərbaycan Premyer Liqasından da İsgəndərlini heyətinə qatmaq istəyənlər az deyil.
Xüsusilə də, yerli futbolçu seçiminin geniş olmasına çalışan "Neftçi" yarımmüdafiəçini transfer etmək niyyətindədi.
Onun yeni mövsümə harada başlayacağı elə yayda bəlli olacaq.