Milli formada 52-ci qola köklənib

29.11.2022 09:29 273
DÇ 2026
Olivye Jiru Fransa yığmasında Tyerri Anrini tezliklə arxada qoymaq niyyətindədi.

Football-plus.az xəbər verir ki, onlar hazırda milli komandada 51 qol vurmaqla şərikli rekordçulardı. “Milan”da çıxış edən Jiru Anridən tez-tez təbrik aldığını bildirib:

“Danimarkanın qapısına yol tapa bilmədim. Həmin oyunda 52-ci qolumu vurmaq istəyirdim. Amma səbirli olmalıyam. Onu da deyim ki, Anri yığmada vurduğum hər qola görə məni təbrik edir. Bu, çox xoşdu”.