• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ronaldodan yığmanın düşərgəsində qəribə davranış

DÇ 2026

20-11-2022, 15:0

Kriştiano Ronaldonun dünyaya səs salan qalmaqallı müsahibəsindən xəbərdarsız.


Football-plus.az xəbər verir ki, artıq “Mançesterlə Yunayted”lə vidalaşması zaman məsələsi olan portuqaliyalı hücumçunun dünya çempionatına hazırlaşan yığmanın düşərgəsində necə qarşılanacağı maraq doğururdu. Karyerasındakı son mundialının keçirəcək Kriştiano yığmanın düşərgəsindədi və məşqdən şəkillər yaymağa da imkan tapıb. Şəklin altında isə bunları yazıb:

“Portuqaliya yığmasındakı işimizə tam köklənmə. Vahid hədəfə can atan – bütün portuqaliyalıların arzusunu gerçəkləşdirməyə çalışan vahid komanda”.


Ancaq “Daily Mail” bu arada Kriştiano – “Yunayted” gərginliyinin yığmaya da köçdüyünü iddia edib. Sosial şəbəkələrdə yayılan çox maraqlı videoçarxdan belə görünür ki, Kriştiano Fernandeşlə görüşərkən Bruno özünü heç də dostcasına aparmır. Ronaldo əlini uzadır, Bruno isə sanki salamlaşmaqdan yayınır – çox qəribə mənzərədi. Portuqaliyalı jurnalist Pedro Sapulveda isə bu haqda belə yazıb:
“Kadrlar çox soyuq təsir bağışlayır. Ronaldo ilə Bruno dünya çempionatı ərəfəsində yığmanın düşərgəsində ilk dəfə görüşür və heç birinin üzü gülmür. Kriştiano yığmanın düşərgəsində birinci təşrif buyurub, Fernandeş isə lap sonda, baxmayaraq ki, ikisi də eyni klubun şərəfini qoruyur. Ronaldo Bruno ilə zarafatlaşıb: bəlkə təyyarə ilə yox, gəmi ilə gəlmisən? Yeganə danışıqları bu olub. Onlar arasında heç bir problem yoxdu, ikisi də dünya çempionatına köklənib”.


Yığmanın oyunçularından Joao Mario da bu versiyanı təsdiqləyib:
“Mən ordaydım və hər şeyi gördüm, çox maraqlı məqam idi, kənardakılar bu zarafatı yanlış anlayıb”. Marionun dediyinə görə, Kriştianonun müsahibəsi yığmadakı atmosferə təsir etməyib: “Heç bir əlavə təzyiq yoxdu. Biz hamımız belə şeylərə öyrəşmişik, ona görə ki, böyük klubların şərəfini qoruyuruq. Qəzet manşetləri həmişə Ronaldo haqda olur. Düzünü desəm, biz hər dəfə yığmanın düşərgəsinə gələndə ilk növbədə Ronaldodan söhbət düşür. Həmişə bütün diqqətlər ona yönəlir və biz artıq belə duruma öyrəşmişik”.


Kriştianonun qəribəlikləri Bruno ilə salamlaşma epizodu ilə bitməyib. MY-nin ulduzu məşq zamanı Joao Kanseloya yaxınlaşaraq qəfil onun boynundan tutub. Kriştiano müdafiəçini silkələsə də, o, sakitliyi qoruyub.

Ümumiyyətlə, Ronaldo son vaxtlar yaşıl meydandan o qədər də yaxşı təsir bağışlamır – özü də təkcə klubunda yox, yığmada da. Məsələn, Millətlər Liqası çərçivəsində İspaniya ilə həlledici oyunda (0:1) 90 dəqiqəni çox sönük keçirdi, sonra isə kapitan sarğısını meydana atdı. Ötən ilin martında – DÇ-nin Serbiya ilə seçmə oyununun (2:2) gedişində də belə etmişdi. Portuqaliyalı ulduzu hakimlərin onun vurduğu qolu qeydə almaması özündən çıxarmışdı. İspaniya ilə oyundakı fiaskodan sonra Portuqaliya mediasında hətta Kriştianonu DÇ-2022-yə aparmamaqla bağlı çağırışlar yer almışdı. Məsələn, ölkənin əsas idman qəzeti “A Bola”nın manşeti belə idi: “Daha az Ronaldo, daha çox Portuqaliya”. Məna aydındı: Kriştiano gələcəyi olan futbolçuların yerini tutur. Futbol taktikası haqda yazan “Breaking the lines” saytının yaradıcısı Zak Louinin isə məsələyə yanaşması belədi:
“Kriştiano Ronaldonun hələ də Portuqaliyanın start heyətində çıxmasının qətiyyən heç bir izahı yoxdu. Rafael Leao, Pedro Neto, Joao Feliş və bir çox başqa istedadlı oyunçu şans gözlədiyi halda, bu mümkünsüzdü. Ronaldo İspaniyaya qarşı növbəti dəfə solğun oynadı”.


Bu fikirlər öz yerində, ancaq ədalətli olmaq lazımdı. Heç şübhəsiz, futbol dünyası karyerasında sonuncu mundiala qatılan Messi ilə yanaşı, Ronaldodan da qəhrəmanlıq gözləyir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-07-2022, 16:0

Ronaldo yenə "Mançester Yunayted"in məşqinə qatılmadı

Dünya futbolu

19-07-2022, 19:0

Ronaldo: nə “Sportinq”, nə də “Atletiko”

Dünya futbolu

29-07-2022, 22:0

Ronaldo "Mançester Yunayted"lə məşqə çıxdı

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Bu gün, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Bu gün, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Bu gün, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
Daha çox
Oxunub: 208
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 100
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 87
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə