• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Region Liqasındakı şəraiti bizə yaratmadılar”

Manşet / Müsahibə

19-11-2022, 11:0

Bildiyiniz kimi, “Mingəçevir”in baş məşqçisi Azər Həşimov istefa verib.

Football-plus.az xəbər verir ki, gənc mütəxəssis hazırda A kateqoriyası almaq üçün məşqçi kurslarında iştirak edir. “İşıqçılar” böyük ümidlərlə 1-ci divziona gəlmişdi. Lakin burda işləri qaydasında getmir. Görəsən, Azər bəyin bunda nə qədər payı olub? Ümumiyyətlə, o, niyə istefa verib? Bu və başqa suallara cavab tapmaq üçün gənc mütəxəssislə əlaqə saxladıq. Onunla “Mingəçevir”də 4 ay ərzində yaşadıqları barədə söhbətləşdik.

- "Mingəçevir"dən istefa verib ayrılmısan. Buna nə səbəb oldu?
- Rəhbərliklə aram yaxşı deyildi. Vəziyyət ürəkaçan deyildi. Hər şey yaxşı olsaydı, istefa verməzdim. 10-cu turdan sonra niyə gedim ki?! Əlbəttə, nəsə olub. Qəribəliklər görmüşəm ki, istefa vermək məcburiyyətində qalmışam. Məni tanıyanlar da bilir ki, boşuna istefa vermərəm. İndi fikrimi yönəltmişəm A kateqoriyalı kurslara. Yaxşı nəticələr əldə etmək istəyirəm. Futbolçu olarkən həmişə qarşıma məqsəd qoymuşam. İndi də ölkənin yaxşı məşqçilərindən biri olmaq istəyirəm.

- Komandanın nəticələrinin zəif olmaması əsas səbəb idi, yoxsa başqa amillər istefa verməyini şərtləndirdi?
- İlk turda “Neftçi-2”ni məğlub edəndə heyətimizdə problem yox idi. Bundan sonra ardıcıl 2 oyunda normal komanda ilə meydana çıxa bilməmişik. Yayda təlim-məşq toplanışı keçməmişik. Həm maddi, həm də şərait baxımından problemlərimiz olub. Hamısını danışsam, gərək qəzetin 2-3 sayında müsahibəm getsin. Ehtiyac olarsa, gələcəkdə bu barədə danışarıq.

- Rəhbərliyin altında zəif rəqiblərə uduzan "Mingəçevir" çempionatın lideri "Araz Naxçıvan"ı məğlub etdi. Qəribə deyil?
- Xeyr. Yenə deyirəm, “Neftçi-2”ni ilk oyunda məğlub etdik. Onda hər şey qaydasında idi. Bu görüşdə də elə olub. Min şükür ki, “Araz Naxçıvan”ı yendik. Düzdü, həmin oyuna komandanı Samir Məmmədov çıxarıb. Yaxşı ki, qələbə qazandıq. Futboldu. Təbii ki, oyunun özünəməxsus problemləri var. Biz ən çox limitdən əziyyət çəkirdik. Büdcəyə uyğun nəsə etməyə çalışmışıq. Yaxşı-pis komanda formalaşdırmışdıq. Bura da bir ailədi. Onun sirlərini açıqlamağa gərək yoxdu.

- Düşünmürsən ki, bəlkə futbolçular qəsdən uduzurdular, sən komandadan gedəsən?
- Məşqçi həmişə getməyə hazır olmalıdı. Əsas komandada həmin şəxsə inam olmalıdı. Mən siz dediyinizi gözləyirdim. Planlaşdırırdım ki, belə şey ola bilər. Hələ yolun başındayam, məşqçiliyə yeni başlamışam. Təcrübəmi artırandan sonra daha yaxşı işlər görəcəm. Artıq hər şey mənim üçün geridə qaldı. İrəli baxmaq lazımdı.

- Rəhbərliklə əlaqə necə idi? Özünə qarşı qəribəliklər hiss edirdin?
- Mən məğlubiyyətlərə görə getməmişəm. Birbaşa rəhbərlikdən gördüyüm münasibət buna səbəb oldu. Ötən dəfə Qurban Qurbanovun müsahibəsini oxudum. Soruşurlar ki, necə bu yerlərə gəldiz? Deyir ki, rəhbərlik mənə, mən də onlara inandım. Bu səbəbdən də nəyəsə nail olduq. Reallığı danışaq. Mən həmişə köməkçi işləmişəm. Hamısı savadlı və bilikli insanlar olub. PRO kateqoriyalı Elmar Baxşıyevin, A lisenziyalı Emin İmaməliyevin yanında olmuşam, Xaqani Məmmmədovla birgə işləmişəm. Təcrübəli şəxslərdi. Onlardan peşəkarlıq öyrənmişdim. Burda onu tətbiq etmək istəyirdim. Sonda gördüm ki, mənimlə rəhbərliyin fikri üst-üstə düşməyəcək. Ayrılmağımın səbəbi bu idi.

- Bundan sonrakı planlanların nədi?
- A kateqoriyasını almaq istəyirəm. Gələcəklə bağlı bəzi planlarım var. İndiyə kimi “Mingəçevir” yox idi, amma məni tanıyırdılar. Klub yarananda Bakıdan zənglər gəlirdi, hamı təbrik edirdi. Mingəçevirlilər də bilir ki, kənarda olanda da şəhərim üçün çox şey etmişəm.

- Birinci divizonda komanda idarə etmək daha asandı, yoxsa Region Liqasında?
- İkinci çempionat həvəskar status daşıyır. Elə olur ki, həftədə 1 dəfə yığışıb məşq edir, sonra oynayırlar. Biz isə həftədə 3 dəfə məşq edirdik. Adımız Region Liqasında olsa da, futbolçuların peşəkar olmasını istəyirdik. Təbii ki, liqalar arasında fərq var. İndi azarkeşlər deyir ki, ötən il Region Liqasında fərqli oynayırdız. İndi biz orda yaxşı oynayırdıq deyə, divizionda hamını udmalıydıq? Sabah premyer-liqaya çıxanda deyəcəklər ki, “Qarabağ”ı, “Neftçi”ni rahat məğlub et? Bəzən yanaşmalar çox yanlış olur. Düzdü, hamının fikrinə hörmət etmək lazımdı. Amma belə də yox da! Ötən il Region Liqasında can qoyan futbolçuların hesabına nəticə əldə edirdik. Bu il də onlar oynamalıydı. Bəli, zəiflər getməli və güclülər qalmalıydı. Sadəcə, mənim planlarım böyük idi. Heyf! İnşallah, gələcəkdə tətbiq edərik. Bütün gənc məşqçilərə məsləhət görürəm ki, sizə güvənən şəxslərlə işləyin.

- Gələcəkdə hansı liqadan təklif gəlsə, qəbul edərsən?
- Ötən il Region Liqasında işləmişəm. Amma qəribə şəkildə oldu bura gəlişim. Evdə oturmuşdum, zəng etdilər ki, çəkiliş olacaq, sən də sabiq futbolçu olaraq çıxış et. Mən də Mingəçevirin xətrinə buna razı oldum. Çünki 4-cü böyük şəhərin komandası yox idi. Hamı başqa şəhərlərin premyer-liqaya gətirilməsini istəyir. Biz xahiş edirdik ki, heç olmasa, divizionda oynayaq. Bunu mən xahiş etmişəm. Ruslan Həmidov da ordan-burdan pul taparaq, anasına yemək bişirtdirərək Mingəçevir futbolunu ayaqda saxlayıb. Bəzi şəxslər də bizə kömək olurdu. Hətta mükafat da alırdıq. Amma 1-ci divizionda Region Liqasındakı şəraiti bizə yaratmadılar.

- A kateqoriyası almaq üçün kurslara başlamısan. Hazırlıq necə gedir?
- Birinci mərhələ Tiflisdə oldu. 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında AÇ-nin seçmə mərhələsinin oyunları keçirilirdi. İsrail, Litva, İngiltərə və Gürcüstanın görüşlərini izlədik. Oyunlarını təhlil etdik. Özümüz üçün təcrübə, bilik qazandıq. İnşallah, gələcəkdə bundan istifadə edəcəm.

- PRO-nu da almaq istəyirsən?
- Əlbəttə, məqsədim budu. Deyir, general olmaq istəməyən əsgər, əsgər deyil. İşimiz-peşəmiz budusa, ən yaxşısını etməliyik. Hərə öz sahəsi ilə məşğul olsa, daha yaxşıdı. Sağlıq olsun, A kateqoriyasını alandan sonra PRO üçün də çalışacam. Yaxşı məşqçi olmaq istəyirəmsə, bunu etməliyəm.

- Səncə, divizionun qalibi kim olacaq?
- Bunu proqnozlaşdırmaq çətindi. Hər şey qabaqdadı. Çox komanda çempion ola bilər. Qarşıda uzun marafon var. Buna görə də bu suala cavab verməkdə çətinlik çəkirəm.

- Necə düşünürsən, çempion olan komanda premyer-liqaya buraxılacaq?
- Əvəzedici komandalardan hansısa bir çempion olmasa, 1-ci divizionin qalibi premyer-liqada çıxış edəcək. Şəxsən mən belə düşünürəm.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

1-ci liqa / Manşet

17-11-2022, 15:0

"Qəribəliklər görmüşəm ki, istefa vermək məcburiyyətində qalmışam"

1-ci liqa / Manşet

9-11-2022, 15:0

Birinci divizion klubunun baş məşqçisi istefa verdi - ÖZƏL

Dünya futbolu

15-10-2022, 11:0

Fransada növbəti istefa

Dünya futbolu

18-10-2022, 14:0

Liqa 1-də növbəti istefa

Dünya futbolu

4-04-2022, 18:0

Nihat Özdemir istefa verdi

Aktual
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Son xəbərlər
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • 26-05-2026, 23:0
    Premyer-liqada hamını arxada qoydu
  • 26-05-2026, 23:0
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • 26-05-2026, 23:0
    Parislilərə parad qadağası
  • 26-05-2026, 22:0
    Qitə çempionunda “Real”lı yoxdu!
  • 26-05-2026, 21:0
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • 26-05-2026, 21:0
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • 26-05-2026, 20:0
    Alleqri gözlənilən aqibəti yaşadı
  • 26-05-2026, 20:0
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 234
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 175
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə