• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qətər dünyanı ələ salmaqda davam edir! - TƏHLİL

DÇ / Yazarlar

18-11-2022, 16:0

Qətərin faktiki rüşvət hesabına dünya çempionatı kimi turnirin evsahibliyi hüququna yiyələnməsi heç kimə sirr deyil.

Bunu FİFA-nın sabiq prezidenti Yozef Blatter də dəfələrlə etiraf edib. Qətər yenə də pul hesabına bütün arzularına çatmaqda davam edir. Turnirin startına az qalmış ölkədə DÇ ab-havasının olmaması, küçələrdə fanatların görünməməsi tənqidlərə səbəb olmuşdu. Qətərlilər bu problemi də ''fenomenal'' şəkildə həll edib. Belə ki, ölkədəki xarici ölkə vətəndaşlarından pul hesabına süni azarkeşlər yaradılıb! Söhbət ilk növbədə Pakistan və Hindistan vətəndaşlarından gedir. Onların bəziləri hətta xüsusi olaraq ölkəyə dəvət edilib.

Srağagün sosial şəbəkələrdə bununla bağlı maraqlı görüntülər yayıldı. Ən birinci qəribə videolar ''TikTok''da 400 mindən artıq izləyicisi olan ''Qatari Living'' səhifəsində yerləşdirildi. Orda Braziliya, Argentina, Almaniya, İngiltərə və başqar ölkələrin ayrı-ayrı azarkeş qruplarının görüntüləri yer aldı. Özü də hər azarkeş qrupunda 100-dən çox insan yer alırdı. Onlar əylənir, sevimli yığmalarının lehinə təzahüratlar səsləndirir və bir növ mundial ab-havası yaradırdılar. Amma diqqətlə baxanda görünür ki, bu şəxslərin böyük əksəriyyəti heç də azarkeşlik etdikləri ölkənin vətəndaşları deyil! Kiçik bir araşdırma aparmaq bunların pulla tutulan süni azarkeşlər olduğunu üzə çıxarmaq üçün yetərli oldu. Qətər hökumətinin bu cür fanatları gündəlik 10 dollar və 3 dəfə yemək qarşılığında faktiki icarəyə götürdüyü məlum olub. Onlara azarkeşlik etməli olduqları ölkələrin formaları və bayraqları, eləcə də musiqi alətləri verilib. Bu ''azarkeşlərdən'' mundialın gedişində də istifadə olunacaq. Oyunlardan öncə tribunada boşluqlar olacağı təqdirdə onlar, eləcə də yaxınlıqdakı xarici ölkə vətəndaşı olan inşaat işçiləri pulları ödənilərək stadiona buraxılacaq! Maraqlıdı ki, Qətər bununla kifayətlənməyərək bir qədər də irəli gedib.

İngiltərənin ''Tayms'' nəşrinin iddiasına görə, Qətər hökuməti hər ölkədən 40-a yaxın azarkeşlə gizli sövdələşməyə gedib. Həmin azarkeşlər sosial şəbəkələrdə Qətər və təşkilatçılıq haqda yalnız xoş söz yazmalıdılar! Yəni onlara ölkə haqda hər yerdə xoş imic formalaşdırmaq tapşırığı verilib. Bunun qarşılığında onlara Qətərdə 2 həftəliyə inanılmaz şərait yaradılacaq. Həmin azarkeşlər 5 ulduzlu otellərə yerləşdiriləcək və onlara gündəlik 60 funt sterlinq ödəniləcək. Bundan başqa, onlara öz yığmalarının oyununu izləmək, eləcə də ölkənin istənilən nöqtəsinə yollanmaq tam pulsuz başa gələcək!

Bu arada sosial şəbəkələrdəki azarkeşlərin görüntüləri tənqid atəşinə tutulduqdan sonra ''Qatar Living'' şirkətinin marketinq və ictimaiyyətlə əlaqələr üzrə baş meneceri Məhəmməd Nudin, necə deyərlər, aranı sakitləşdirməyə çalışıb: ''Bu insanlar Qətərdə işləyirlər. Onlar simpatiya duyduqları ölkəyə azarkeşlik edirlər. Məsələn, Argentinanı sevənlər bu ölkənin fan-qrupuna qoşulublar. Onların heç də hamısı mühacirlər və inşaat işçiləri deyil. Aralarında başqa sahənin adamları da var. Bizdə, məsələn, hindistanlılar çoxdu. Hindistan isə DÇ-də iştirak etmir. Ona görə də onların çoxu başqa ölkəyə azarkeşlik etmək məcburiyyətində qalır. Onlar hansı futbolçunu sevirlərsə, onun yığmasına azarkeşlik etməyə üstünlük verirlər”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-11-2022, 12:0

Blatterdən sensasiyon açıqlama: ''DÇ-2022 Qətərə yox, ABŞ-a verilməli idi!''

Dünya futbolu

27-10-2022, 18:0

''Netfliks'' Blatter və Platininin əməlləri barədə film çəkdi

Aktual
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
Son xəbərlər
  • Bu gün, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Bu gün, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Bu gün, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Bu gün, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Bu gün, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Bu gün, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Bu gün, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Bu gün, 15:05
    AFFA-da seminar keçirildi
  • Bu gün, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Bu gün, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Bu gün, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Bu gün, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Bu gün, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Bu gün, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Bu gün, 10:00
    Vlahoviç hara gedir?
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
Daha çox
Oxunub: 250
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 222
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 166
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə