AFFA milli üçün 3 yeni rəqib tapıb

17.11.2022 14:39 576
Yığma / Manşet
18 yaşadək futbolçulardan ibarət milli komandamız dünən təlim-məşq toplanışına start verib.

Noyabrın 24-dək davam edəcək hazırlıq prosesinə 23 futbolçu dəvət alıb. Maraqlıdı, U-18 bu müddətdə yoldaşlıq oyunları keçirəcək, toplanış ərəfəsində planlar necədi? Bu suallara cavab tapmaq üçün yığmanın baş məşqçisi Aqil Nəbiyevə müraciət etdik. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Toplanışa dünən başladıq. İki məşqimiz oldu. Proses noyabrın 24-nə kimi davam edəcək. Bir neçə ay öncə Qazaxıstanla razılaşdırılan beynəlxalq oyunumuz var idi. Lakin təxminən 1 ay öncə məlumat verdilər ki, müəyyən problemlərə görə bu görüş baş tutmayacaq. Yeni komanda tapmaq isə mümkün olmadı. Bu səbəbdən yerli komandalarla yoldaşlıq matçları təşkil edəcəyik. Bildiyiniz kimi, biz əvvəllər premyer-liqa təmsilçiləri ilə qarşılaşmışıq. Lakin bu dəfə, məlum olduğu kimi, onların qrafiki sıxdı. Qarşıdan kubok oyunları gəlir. Bəzi əsas komandalarla danışdıq. Lakin kubok oyunlarının olduğunu dedilər. Bu üzdən əvəzedicilərlə qarşılaşmağı düşündük. İlk matçımız bu gün “Zirə”nin ikinci komandasına qarşı baş tutacaq. Noyabrın 20-də “Səbail-2”, 23-də isə “Şamaxı-2” ilə oyunlarımız olacaq. Bütün görüşlər saat 15.00-da başlayacaq. Sağ olsunlar ki, bizimlə oyuna razılıq verdilər”.


ŞAİR ABDULLA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul