Kilian Mbappe təqdirəlayiq addım atıb.
Football-plus.az xəbər verir ki, PSJ-nin oyunçusu Altfor kəndində yaşayan 28 uşağı Liqa 1-in “Oser”lə matçına (5:0) dəvət edib.
Fransa mənbələrinin məlumatına görə, 24 yaşlı hücumçu uşaqların otel və bilet xərclərini ödəyib. Xatırladaq ki, həmin azyaşlılar sentyabrda təhsil mərkəzində Mbappeyə məktub yazmış və ona şəkillərini göndərmişdilər. Bundan sonra Kilianın meneceri uşaqlarla əlaqə saxlayıb və onların “Oser”lə matça gəlməsi təşkil olunub.