Kloppa yüngül cəza verildi

15.11.2022 12:16 271
Dünya futbolu
İngiltərə Futbol Assosiasiyası (İFA) Yürgen Kloppu cəzalandırıb.

Football-plus.az xəbər verir ki, buna “Liverpul”un baş məşqçisinin premyer-liqanın 11-ci turunun “Mançester Siti” ilə matçında (1:0) hakim Entoni Teylorun üstünə qışqırması səbəb olub.

Xatırladaq ki, Klopp 86-cı dəqiqədə Məhəmməd Salaha qarşı kobud oyuna görə qəzəblənmişdi. O, referiyə qışqırmış, Teylor isə alman çalışdırıcıya qırmızı vərəqə göstərmişdi. Kloppa bir oyunluq cəza kəsən İFA onu 30 min funt sterlinq məbləğində cərimələməyi də lazım bilib. Baş məşqçi ölkə çempionatının 15-ci turunun “Sauthempton”la matçında (3:1) komandasına hər hansı göstəriş verə bilməyib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul