''Roma''nın və İtaliya futbolunun əfsanəsi Françesko Totti ilə boşanmaq ərəfəsində olan İlari Blazi aliment məsələsində anlaşma əldə edə bilməyib.
"Football-plus.az" xəbər verir ki, İtaliya mətbuatının iddiasına görə Blazi sabiq futbolçudan aylıq təxminən 37500 avro aliment tələb edib. Blazi bu pulun 20 min avrosunu özü üçün, üç uşağın hər biri üçün isə 5800 avro tələb edir. Amma Totti bu məbləği qəbul etməyib. O, uşaqlarının hər biri üçün 7 min avro ödəməyə razıdı. Blazinin özünə isə heç bir məbləğ təklif etməyib! Yəni məhşur cütlük anlaşmalı şəkildə boşana bilmədikləri üçün bu problem məhkəmədə həllini tapacaq. Xatırladaq ki, bir neçə ay öncə Totti İtaliya mətbuatına böyük rezonans doğuran açıqlamalar verərək 20 illik həyat yoldaşının ona dəfələrlə xəyanət etdiyini açıqlamışdı.