Bir oyunda 3 məhsuldar ötürmə verdi və...

27.10.2022 15:53 304
Dünya futbolu
Çempionlar Liqasının qrup mərhələsinin “Barselona” ilə oyunu Serj Qnabri üçün əlamətdar olub.

Football-plus.az xəbər verir ki, o, “Bavariya”nın 3:0 hesablı qələbəsində 3 məhsuldar ötürmə ilə rol oynayıb.

27 yaşlı yarımmüdafiəçi ÇL-də “Barselona”ya qarşı matçda 3 dəfə assistentlik edən ilk oyunçu olub.