"Real"in hücumçusu Kərim Benzemanın durumu qeyri-müəyyən olaraq qalır.
Football-plus.az xəbər verir ki, o, İspaniya çempionatının 11-ci turunun "Sevilya" ilə oyunu ərəfəsində məşq prosesini vaxtından əvvəl başa vurub. Lakin bunun “Qızıl top”un son sahibinin oynamasına mane olmayacağı bildirilir. Yenə də bundan əmin olmaq üçün sabah o, əlavə müayinədən keçəcək.