“Tottemhem” rəhbərliyi komandanın çıxışından məmnundu.
Komanda hazırda premyer-liqada 9 oyuna 20 xalla 3-cü yerdədi. Klub tezliklə baş məşqçi ilə müqaviləni yeniləməyi planlaşdırır. Yeni təklifi qəbul edəcəyi halda Antonio Konte premyer-liqada bütün həmkarlarını arxada qoya bilər. Belə ki, rəhbərlik onun illik məvacibini 23 milyon avroya qədər artırmağı düşünür. İtaliyalı mütəxəssisin mövcud müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.