Azarkeşlər "Qarabağ"ı yenə ziyana saldı

11.10.2022 14:45 353
I liqa
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Football-plus.az xəbər verir ki, iclasda 1-ci Divizionun 6-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zirə-2” – “Araz Naxçıvan” oyununda meydançanın sulanmasının 19 dəqiqə gecikməsi səbəbindən meydan sahibləri 80 manat cərimə olunub.

“İmişli” – “Səbail-2” oyununda "gəmiçilər"in nümayəndəsi oyun öncəsi keçirilən iclasda iştirak etmədiyi üçün komanda 80 manat cərimə olunub.

Qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə komanda 80 manat cərimə olunub.

6-cı turun “Qarabağ-2” – “Neftçi” oyununun ikinci hissəsinin əlavə vaxtında meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün "köhlən atlar" 80 manat cərimə olunub.