Misli premyer-liqasının 8-ci turunda hazırda davam edən "Qarabağ" - "Neftçi" oyununu izləyənlər arasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da var.
"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. O, görüşü stadiondan izləyir.
Qeyd edək ki, hazırda matçın ilk hissəsi oynanılır və hesab 0:1-di. Oyunda yeganə qolu 24-cü dəqiqədə Eddi İsrafilov vurub.