Aleksey Baqa millini çalışdıra bilər

28.09.2022 11:31 382
Dünya futbolu
"Sumqayıt"dan ayrılan Aleksey Baqa Belarus millini çalışdıra bilər.

"Football-plus.az" xəbər verir ki, bu barədə “Pressball” nəşri məlumat yayıb.

41 yaşlı mütəxəssislə yanaşı, “Minks”in baş məşqçisi Vadim Skripçenko da bu posta namizədlər arasındadı.

Baqa 2021-ci ilin sentyabrından dekabrına qədər "Şaxtyor"da çalışıb. O, Soliqorsk təmsilçisindən ayrıldıqdan sonra "Sumqayıt"a baş məşqçi təyin olunub. "Kimyaçılar"la 23 oyun keçirən mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.