Millətlər Liqasında 5-ci turun oyunları keçirilib.
B Liqasında Ukrayna Ermənistanla qarşılaşıb. Qonaqlar 5:0 hesablı qələbə qazanıb. Ukraynalılar üçün bu son 9 ildə səfər matçlarında ən böyükhesablı qalibiyyətdi. Son dəfə 2013-cü ilin oktyabrında Mixail Fomenkonun rəhbərlik etdiyi Ukrayna yığması San-Marinonu 8:0 hesabı ilə məğlub etmişdi.