• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Tam hazır deyilik" - Millinin baş məşqçisi

İdman

17-09-2022, 23:0

Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

"Football-plus.az" braziliyalı mütəxəssisin müsahibəsini təqdim edir:

- Aktau şəhərindəki Halyk Arenada keçirilən ilk məşqdən sonra nələri qeyd etmək istərdiniz?

- Düzdü, zala uyğunlaşmaq baxımından ilk məşq əhəmiyyətli idi. Ancaq bura gələrkən problemlərdən qaça bilmədik. Söhbət heyətlə bağlı dəyişiklikdən gedir. İki oyunçumuz bizə qoşula bilmədi, məcburi dəyişiklik etməli olduq. Başqa şeylər düşünürdüm, amma indi fərqli situasiya ilə üz-üzəyəm. Amma heç nəyi dəyişmək mümkün deyil. Ona görə də vəziyyətlə barışıb, işləmək lazımdı. İki oyun üçün mümkün qədər yaxşı hazırlaşacağıq. Bu oyunlar dünya çempionatının seçmə mərhələsi çərçivəsində Polşa ilə keçirəcəyimiz matça hazırlıq məqsədi daşıyır. Çoxlu məşq etməliyik, yoldaşlıq oyunları olsa da, səhvlərdən qaçmalıyıq. Arena əladı, yeni inşa edilib, örtük də superdi. Bildiyim qədəri ilə oyun zamanı anşlaq olacaq. Aktauda futzala maraq böyükdü.

- Problem ancaq komandaya qoşula bilməyən futzalçılarla bağlıdı?

- Komanda olaraq tam hazır deyilik. Qallo (Everton Kardosa) və Baton (Cezar De Angelis Zhonatan) fiziki cəhətdən “axsayırlar”. Bu da anlaşılandı. Çünki Baton cəmi 1 həftə əvvəl yeni komandası ilə müqavilə imzalayıb və məşqlərə başlayıb. Qallo isə İndoneziya çempionatında fasilə yarandığına görə, bir müddətdi istirahət edirdi. 4 gündü bizimlə məşq keçir, ancaq bu qısa vaxtda formasını bərpa etməsi qeyri-mümkündü. Əlbəttə, bu da problem yaradır. Əsas odu ki, çatışmazlıqlarımız bu yoxlama oyununda ortaya çıxsın və Polşa ilə görüşə qədər tam hazır olaq. Bizim üçün prioritet Polşa ilə oyundu.

- Rəqib baş məşqçi Kaka da açıqlamasında gənc futzalçıları sınayacağını deyib...

- Qazaxıstan yığmasının heyəti ilə tanışam. Dəvət olunan futzalçıların 90 faizini Avropa çempionatının final mərhələsində iştirak edənlər təşkil edir. Həmin heyətdən Leo yoxdu. 2-3 yeni oyunçuya dəvət göndərib. Qalanı təcrübəli oyunçulardı. Bizim düşərgəmizdə də Xəzər Ağalızadə, Nurlan Mehdizadə kimi gənc futzalçılar var.

- Kapitan sarğısını kimə həvalə edəcəksiniz?

- Hazırda biz tam heyətlə toplaşmamışıq, ona görə də bu məsələyə aydınlıq gətirilməyib. Qazaxıstanla yoldaşlıq oyunlarında sarğını Rövşən Hüseynliyə həvalə etməyi düşünürəm. Amma rəsmi matçlardan əvvəl bu məsələyə yenidən qayıdacağıq. Kapitan ancaq sarığını daşımaq və oyundan əvvəlki rəsmi tədbirləri icra etmək üçün seçilmir. O, liderlik xüsusiyyətlərinə, bacarığına sahib olmalıdı. Heyətimiz tam toplaşdıqdan sonra kapitanımızı da seçəcəyik.

- Yeri gəlmişkən, sentyabrın 19-da millimizin yer aldığı qrupda ilk oyun keçiriləcək. Polşa-Yunanıstan duelində kimi favorit görürsünüz?

- Polşanı cütün favoriti hesab edirəm. Onlar daha çox oyun keçirib, yaxşı hazırlaşıblar. Hətta Braziliya millisinə qarşı da oynayıblar. Yunanıstanla qarşılaşmada meydan amili də onların xeyrinə olacaq.

Paylaş:
Digər xəbərlər

İdman

9-09-2022, 11:0

Millimiz Qazaxıstanla iki yoldaşlıq oyunu keçirəcək

İdman

9-09-2022, 12:0

Millimizin heyəti açıqlandı

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Bu gün, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Bu gün, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Bu gün, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Bu gün, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Bu gün, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 243
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 239
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 237
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə