• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“FİFA-23”də Sane ilə Devisin sürəti aşağıdı”

Dünya futbolu / Müsahibə

11-09-2022, 17:0

Camal Musiala hazırda Avropanın ən böyük gələcək vəd edən gənc istedadlarından biridi.

Onun cəmi 19 yaşı olsa da, artıq indidən ''Bavariya''nın və Almaniya yığmasının aparıcı üzvlərindən sayılır. 8 il ''Çelsi''nin akademiyasında top qovan Camal 2019-dan ''Bavariya''dadı. Bundesliqada artıq hesabında 14 qol olan Musiala turnirin tarixində bu qol sayına ən gənc yaşda çatan futbolçudu! Musiala bugünlərdə Almaniyanın ''Bild'' nəşrinə müsahibə verib.

- Mövsümün əvvəlində səninlə bağlı çox böyük hay-küy var. Matteus səni Messi ilə müqayisə edirsə, Salihamiciç səni 100 milyon avrodan aşağı qiymətə satmayacaqlarını vurğulayıb. Fanatlar da sənə ''sehrbaz'' ləqəbini qoyub…
- Bəli, bunların hamısı xoşdu. Ötən mövsümün sonundan etibarən qarşıma oyunumu yeni səviyyəyə qaldırmaq məqsədi qoydum. Şadam ki, bu hədəfə çata bilirəm. Çox güman, qısa məsafədə olan driblinqlərimə görə Matteus məni Messiyə bənzədib. Leo fantastik səviyyədədi və onunla müqayisə olunmaq qürurvericidi.

- Əvvəllər ləqəbin cizgi filmi qəhrəmanı olan ''Bembi'' idi. Yəqin artıq o dövrlər geridə qalıb.
- Bəlkə də insanlar hələ bir müddət də mənə ''Bembi'' kimi baxacaq. Amma mən artıq yeniyetməlik dövründən çıxıb gənclik dönəminə qədəm qoymaq istəyirəm. Həyatımda və karyeramda yeni səhifə açmağın tam zamanıdı.

- Əvvəllər sənin ehtiyatda qalmağına heç kim ciddi önəm vermirdi. Amma son dönəmlərdəki oyununla hər ehtiyatda qalanda Naqelsmann bununla bağlı suallara cavab verməli olur.
- Komandamızda rəqabət inanılmaz dərəcədə güclüdü. Xüsusilə də hücum xəttində. Mən hər şans qazananda maksimum səviyyəmi sərgiləməyə və oyunumla diqqəti cəlb etməyə çalışıram. Hər məşqdə və oyunda baş məşqçiyə əsas heyətə layiq olduğumu göstərmək istəyirəm.

- ''Bavariya''nın hücumu daha rəngarəng olub. Oyunun gedişində çoxlu yerdəyişmələr olur. Gənc yaşlarda güclü şahmat oynamısan. Bunun sənə meydanda bir faydası olur?
- Ümumiyyətlə, yeniyetməlik dövründə gördüyüm bir çox işin indi mənə köməyi dəyir. Şahmatda əvvəlcədən növbəti və hətta ondan sonrakı gediş haqda düşünməlisən. ''Bavariya''da bizim fərqli və coxgedişli kombinasiyalarımız zamanı bunun mənə faydası dəyir.

- Şahmat oynamaq üçün indi də vaxt tapırsan?
- Hazırda yaxşı rəqibim yoxdu. Komanla Kimmixin də yaxşı oynadığını bilirəm. Amma hələ ki bir-birimizə qarşı oynamamışıq. Oyunlara gedəndə yolda Komanın mobil telefonunda şahmat oynadığını tez-tez görürəm. Bir dəfə avtobusda ona oynamağı təklif edəcəm. Amma qorxuram ki, onu məğlub etdikdən sonra oynamağa adam tapmayım.

- Əvvəllər ''Bavariya''nın avtobusunda tez-tez ''Şafkopf'' oynayırdılar. Bu oyun barədə məlumatın var?
- Var, amma elə də çox deyil. ''Bavariya''da belə ənənələrin olduğunu bilirəm.

- ''Şafkopf'' əsasən Bavariya bölgəsində oynanılan 4 nəfərlik kart oyunudu. Klubda da çox sevilir…
- Açığı, biz səfər oyunlarına yollananda yolda daha çox ''Mario Kart'' (kompüter oyunu) oynayırıq (gülür).
-
“FİFA-23” oyununda sənin yeni göstəricilərin məlum olub. 75-dən 81-ə qədər yüksələ bilmisən. Razısan?
- Ciddi irəliləyişdi. Təbii ki, hər oyunçu göstəricilərinin mümkün qədər yüksək olmasını istəyir. Çünki hər futbolçu kompyuterdə özü ilə oynamağı xoşlayır. Amma FİFA-nın oyununda bəzi rəqəmlər yanlışdı. Sane və ya Devisin sürəti aşağıdı. Sanenin sürəti cəmi 89-du. Bu ağlasığmazdı.

- Holann etiraf etmişdi ki, maşında tez-tez Çempionlar Liqasının himninə qulaq asır və bu da onu motivasiyalandırır. Bəs sənin üçün bu himn hansı məna daşıyır?
- ÇL-in həqiqətən də xüsusi bir himni var. Uşaqlıqdan ona qulaq asmaq xoşuma gəlir. İndi isə özüm bu himnin sədaları altında meydana çıxıram. Üstəlik ən güclü oyunçularla birlikdə. Bu turnirin hər oyunu həqiqətən də xüsusi bir andı.

- ÇL-də düşdüyünüz qrup haqda nə düşünürsən? ''Bavariya''nın bu turnirdə hədəfi nədi?
- Maraqlı qrupa düşmüşük. Levandovskini yenidən görmək xoş olacaq. İnanıram ki, Münhendə onu alqışlarla qarşılayacaqlar. Çünki buna layiqdi. ''Barsa'' da, ''İnter'' də yaxşı rəqiblərdi. Elə ''Viktoriya'' da problem yaratmağa qadirdi. Hədəf ən azı ötən mövsümdəkindən daha yaxşı çıxış etməkdi. Yəni ötən mövsüm 1/4 finalda dayandıqsa, bu dəfə heç olmasa, yarımfinal və ya finala vəsiqə qazanmağa çalışacağıq. Amma təbii ki, bu titulu əldə etməyə səy göstərəcəyik.

- Əsas rəqibləriniz kimlərdi?
- Xosep Qvardiola ''Mançester Siti''ni inanılmaz bir komandaya çevirib. PSJ də mövsümə yaxşı başlayıb. Təbii ki, ''Real''ı da unutmaq olmaz. Onlar da titulu qorumağa çalışacaqlar.

- Tomas Müller kimi sənin də karyeranı ''Bavariya''ya həsr etməyin mümkündümü? Yoxsa nə vaxtsa böyüdüyün İngiltərəyə qayıdacaqsan?
- Müllerin əsas keyfiyyəti onun bu qədər uzun illər yüksək səviyyəni qoruyub saxlamasıdı. Mən də onun kimi sabit oynamaq və daim inkişaf etmək istəyirəm. Suala gəlincə, futbolçunun bütün karyerasını bir kluba həsr etməsi üçün bir çox amillər üst-üstə düşməlidi. İndidən 6-7 il sonranı düşünməyin nə mənası? Hazırda ''Bavariya''dayam və burda keçirdiyim hər andan zövq almağa çalışıram.

- Driblinqlərin barədə çox danışılır. Rəqibin hərəkətini gözləyib onu keçmək üçün bu qədər səbr və sakitlik səndə hardandı?
- Bu mənim üçün təbii haldı. Rəqiblə birəbir qalmağı sevirəm. Bu anlarda nə etməli olduğumu bilirəm. Oyun təcrübəsi qazandıqca rəqiblərimin hərəkətlərini daha yaxşı anlayıram.

- ''Volfsburq''la qarşılaşmada rəqib səni yıxmağa çalışsa da, ayaqda qaldın və topu tora göndərdin. Maradona da tez-tez belə qollar vururdu.
- Həmişə ayaqda qalmağa, oyunu davam etdirməyə çalışıram. Rəqib sənə qarşı qaydanı pozduqdan sonra rahatlaşır. Bir anlığa diqqəti yayınır. Çünki oyunun dayanacağını düşünür. Bax, həmin an mənim anımdı! Dərhal bundan yararlanıram. Bəli, Maradona bunu dəfələrlə edirdi. Özü də ən vacib oyunlarda. Messi də bunu fantastik səviyyədə edir. Bu baxımdan onların ikisi də mənim üçün gözəl örnəkdi.

- Belə çıxır, keçmişdəki oyunların görüntülərinə çox baxırsan?
- Bəli, ''yutub''da çox videoya baxıram. Çünki həmişə yeni hərəkətlər, driblinqlər etmək istəyirəm. Ən çox Neymarı izləyirəm. Həmişə yeni hərəkətlər edir. Onun rəqiblərdən sıyrılmaq tərzi, cəldliyi xoşuma gəlir.

- Səni yıxmağın çətinliyini həm də vaxtilə İngiltərə oynamağınla əsaslandırmaq olar. Elə deyilmi?
- Əlbəttə. Orda tez-tez yaşca özümdən böyüklərə qarşı oynamalı olurdum. Hələ o vaxtdan çalışırdım ki, məni yıxmaq asan olmasın.

- Sənin oyununa baxanda hər şey asan görünsə də, əslində bunun arxasında çox ağır məşqlər dayanır. Elə deyilmi?
- Adətən, məşqlərdən sonra köməkçi-məşqçi Dino Topmöller ilə birlikdə qapıya zərbələr vururam. Çalışıram ki, 10 zərbədən 7-8-i qolla nəticələnsin. Zədələrdən qaçmaq üçün trenajor zalına da çox gedirəm. Uğur qazanmaq üçün həm də ətrafında düzgün insanlar toplamalısan. Gənc yaşdan ağır məşqlərə alışdınsa, bu artıq sənin həyatının bir hissəsinə çevriləcək.

- Sənin üçün xüsusi dieta da hazırlanıb.
- Bəli, oyundan öncə yumurta yeməyimə qadağa qoyulub. Yalnız polbadan (buğdanın bir növü) hazırlanmış düyü yeməli və müxtəlif südlər içməliyəm. Buna çox tez uyğunlaşdım.

- Qarşıdan mundial gəlir. Yəqin ötənilki Avropa çempionatında Almaniyanın İngiltərəyə uduzması sənə ikiqat pis təsir etdi.
- Düzdü, bəlkə də başqa rəqibə uduzsaydıq, daha az üzülərdim. Çox motivasiyalıydım. İngiltərə o turniri yüksək səviyyədə keçirdi. Amma Almaniyanı seçdiyim üçün bir an da peşmanlıq yaşamamışam!

- Flikin komandasında ab-hava fərqlidi?
- Düzgün yoldayıq. Millətlər Liqasında İngiltərəyə qarşı oyun göstərdi ki, komanda inkişaf edir. Fikrimcə, ingilislərlə DÇ-də qarşılaşsaq, artıq hər şey başqa cür olacaq. Qətərdə Almaniyanı məğlub etmək heç də asan olmayacaq.

- Sosial şəbəkələrdə qeyri-adi şəkillərin yoxdu. Bu baxımdan sanki bir qədər köhnə fikirlisən.
- Şəxsi həyatımın mümkün qədər şəxsi həyat kimi qalmasını istəyirəm. Sosial şəbəkədəki paylaşımlarım əsasən futbolla bağlıdı. Çünki futbola aidiyyatı olmayan kənar şeylərin məni narahat etməsini istəmirəm. Yalnız bir neçə dəfə basketbola aid videolar qoymuşam. Qalan şeylərin hamısı futbolla bağlıdı.

- Hələ də ananla yaşayırsan? Qlamur həyat, gecə klubları kimi şeylərə marağın yoxdu?
- Dediyim kimi yalnız futbola köklənməyə çalışıram. Təbii ki, həyatda əyləncəyə də yer olmalıdı. Amma dəlicəsinə həyat tərzi mənlik deyil. Valideynlərim məni elə böyüdüb ki, futbola köklənməyi və eyni zamanda həyatdan zövq almağı bacarıram.

- Özünə nə vaxt yeni ev alacaqsan?
- Ən qısa müddətdə. Amma öz evimizdə keçirdiyim həyata çox dəyər verirəm. Anam, eləcə də qardaşlarım və bacılarım ilə keçirdiyim hər an mənim üçün dəyərlidi.

- Tək yaşayanda artıq yeməyi özün bişirməli olacaqsan.
- Termomiksin sayəsində bir neçə dəfə yemək bişirməyə çalışmışam. Amma dərhal görünür ki, bu, mənim sahəm deyil. Mətbəxdə mən artıq ''sehrbaz'' deyiləm (gülür).

- Uşaqlıqda hansı kluba azarkeşlik edirdin?
- Çox böyük ''Barselona'' azarkeşiydim. Məndə Messinin forması da var idi. Xavi, İnyesta və Busketsli yarımmüdafiə xətti məni heyran etmişdi. Onların oyununa yorulmadan dəfələrlə baxa bilirdim.

- Gələn həftə yenə ''Nou Kamp''a qayıdacaqsan…
- Bəli, ötən mövsüm stadion yarıya qədər dolmuşdu. Bu dəfə hər şey başqa cür olacaq. Bizi möhtəşəm oyun gözləyir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-08-2022, 20:0

“Bavariya” ilə müqaviləni yeniləyəcək

Dünya futbolu

19-08-2022, 15:0

Daha 1 il "Bavariya"da qala bilər

Dünya futbolu

30-06-2022, 23:0

“Bavariya”da hamını arxada qoydu

Dünya futbolu

23-03-2022, 11:0

Dünyanın ən yaxşı gənc oyunçusu kimdi? - SİYAHI

Aktual
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Son xəbərlər
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • 26-05-2026, 23:0
    Premyer-liqada hamını arxada qoydu
  • 26-05-2026, 23:0
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • 26-05-2026, 23:0
    Parislilərə parad qadağası
  • 26-05-2026, 22:0
    Qitə çempionunda “Real”lı yoxdu!
  • 26-05-2026, 21:0
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • 26-05-2026, 21:0
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • 26-05-2026, 20:0
    Alleqri gözlənilən aqibəti yaşadı
  • 26-05-2026, 20:0
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 234
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 175
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə