Liqa 1-in ən yaxşı assistenti oldu

11.09.2022 15:15 324
Dünya futbolu
PSJ Fransa çempionatında növbəti qələbəsini qazanıb.

“Brest” üzərində 1:0 hesablı qələbəni Neymarın yeganə qolu təmin edib. Braziliyalı hücumçu Lionel Messinin ötürməsini dəyərləndirib. Argentinalı forvard bu mövsüm Liqa 1-in ən yaxşı assistenti olub. 7 məhsuldar ötürmə edən 35 yaşlı Messinin hesabında 3 qol da var.