• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Medina gözləniləndən tez sağalıb - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

8-09-2022, 13:0

Bəlkə də onun yoxluğu “Qarabağ”ın Çempionlar Liqasının qrupuna vəsiqə qazanmamasına səbəb oldu.

Sözsüz, ağdamlılar üçün böyük itki idi. Kevin Medina müdafiənin “şah damarıdı”. Kolumbiyalı Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Sürix”lə cavab matçında zədələnmişdi. Üçaylıq yaşıl meydanlardan kənarda qalacağı söylənilsə də, belə olmadı. Onun sentyabrın sonlarında zədəsini tam sağaldacağı gözlənilir. Medina komanda ilə birgə Almaniyaya yollananlar sırasındadı. 29 yaşlı müdafiəçinin üzündən əhvalının yaxşı olduğu hiss olunurdu. Fürsətdən yararlanıb təyyardə onunla söhbətləşdik.

- Zədədən sonra komanda ilə birlikdə səfərə yollanırsan. Özünü necə hiss edirsən? Vəziyyətin yaxşıdı?

- Özümü çox yaxşı hiss edirəm. Hətta gözlədiyimdən də yaxşıyam. İstənilən vəziyyətə hazıram.

- Yaşıl meydana nə vaxt qayıdacağın bəllidi?

- Məndən olsa, "Frayburq"la görüşdə meydana çıxmaq və komandama kömək etmək istəyərəm. Zədəm gözlədiyimizdən tez bərpa olundu. Hər şey yaxşı gedir. Baş məşqçinin, fizioterapevtlərin, fiziki hazırlıq üzrə məşqçilərin mənimlə bağlı uyğun planları var. Onlar nə vaxt məsləhət görsələr, həmim an meydana çıxıb oynayacam.

- “Qarabağ” Avropa Liqasının qrupunda ilk qarşılaşmasına çıxacaq. Sən isə komandaya kömək edə bilməyəcəksən. Hansı hissləri keçirirsən?

- Əlbəttə, pisdi. Komandaya belə vacib görüşdə kömək edə bilməmək adamda neqativ hisslər oyadır. Kömək etmək istəyirsən, amma əlindən bir şey gəlmir. Yenə deyirəm, zədəm gözlədiyimizdən də tez sağalır. Bunun da səbəbi var. Mən də çox çalışdım. Mümkün qədər tez sıraya dönmək üçün hər gün işləyirdik. Məndən olsaydı, bu matçda da oynayardım. Əlimdən gələni edəcəm ki, baş məşqçi növbəti görüşdə mənə güvənə bilsin.

- “Frayburq”la matçda şanslar barədə nə deyə bilərsən?

- Hansı komandaya qarşı oynayacağımızın fərqindəyik. Almaniya təmsilçisi mövsümə yaxşı başlayıb, hazırda liderdi. Düşünürəm ki, bizim də yaxşı komandamız var və rəqibi yetərincə təhlil etmişik. Onların gücünə bələdik. Bu matçda şansımızın olduğunu düşünürəm. Futbolda hər nəticəni gözləmək olar. Yaxşı nəticə qazanacağımıza da ümid edirəm. Amma hər şey meydanda görünəcək.

- "Olimpiakos" və "Nant"la bağlı hansı fikirdəsən?

- Bu qrupu özümüz üçün uyğun sayıram. Hər komandanın özünəməxsus adı və çəkisi var. "Qarabağ"ın da özünəməxsus çəkisi var, çünki qrupa qədər Polşa, İsveçrə və Macarıstan çempionlarını sıradan çıxarmışıq. Rəqiblərimiz də necə komandaya qarşı mübarizə aparacaqlarının fərqindədi. Ümumilikdə bir az qəliz qrupdu. Mən şəxsən bu rəqiblərə qarşı oynamağı çox istəyərdim.

- Ardıcıl bir neçə qarşılaşmada müdafiənin mərkəzində Bədavi Hüseynovla Bəhlul Mustafazadə çıxış edib. Onların oyununu necə dəyərləndirərdin?

- Bədavi - Bəhlul cütlüyü belə matçlara hazırdı. Onların məşqlərdə bizimlə birlikdə necə çalışdıqlarını görürdük. Onlar üçün də məqam çatdı. Öz performanslarını oyundan-oyuna artırırdılar.

- İbrahima Vaciinin gedişindən sonra transfer olmadığından azarkeşlər komandanın uğursuzluqla üzləşəcəyini düşünür. Səncə, bu heyət Avropa Liqasında mübarizə aparmaq üçün yetərlidi?

- Vaci komandanın önəmli parçası idi. Vurduğu qollarla qələbə qazanmağımıza çox kömək edirdi. Amma komandaya yeni qoşulanda heç də gözləniləni vermirdi. Zamanla uyğunlaşdı və daha önəmli fiqura çevrildi. Nəzərə alaq ki, Vaci komandaya gələnə qədər də “Qarabağ”da bu uğur trayektoriyası var idi. Bütün uğurlarımızı Vaci ilə əlaqələndirmək olmaz. Komandada Kvabena Ovusu, Ramil Şeydayev, Musa Qurbanlı kimi həmişə fürsət gözləyən başqa hücumçular da var. Həyatda da belədi. Hər kəs şans gözləyir ki, istifadə etsin.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

20-08-2022, 20:0

"Komandamla fəxr edirəm" - Medina

Maraqlı

1-08-2022, 10:0

Kevin Medina: "Həyat süprizlərlə doludu"

Premyer-liqa

18-07-2022, 11:0

Kevin Medina: "Bu klub, şəhər qladiatorlar ailəsidi"

Premyer-liqa / Manşet

25-07-2022, 10:0

Kevin Medina arzularını reallaşdırmaq istəyir

Ölkə futbolu

12-05-2022, 14:0

Medina "Qarabağ"la müqavilə müddətini uzatdı

Aktual
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Son xəbərlər
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyiri" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:55
    "Dinamo-Minsk" "Neftçi"ni 4 qolla məğlub etdi - YENİLƏNİB
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Dünən, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Dünən, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Dünən, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Dünən, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Dünən, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Dünən, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • 21-07-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 21-07-2026, 23:0
    Erməni güləşçilər Bakıya gələcək
  • 21-07-2026, 23:0
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • 21-07-2026, 23:0
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • 21-07-2026, 22:0
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
Daha çox
Oxunub: 189
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 134
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 130
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə