"0:4 hesabı ilə uduzmaq dörd matçda 0:1 hesabı ilə məğlub olmaqdan yaxşıdı"

5.09.2022 11:08 321
Dünya futbolu
"Roma"nın baş məşqçisi Joze Mourinyo İtaliya A seriyasının 5-ci turunda səfərdə "Udineze"yə 0:4 hesabı ilə uduzduqları matçı şərh edb.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalı çalışdırıcı oyunsonrası mətbuat konfransında deyib:

"Çətin rəqib, çətin qarşılaşma idi. "Udineze" böyük komandalarla oyunda necə davranacağını yaxşı bilir. Bu komandaya qarşı görüşdə hesabda geri düşmüsənsə, deməli, başın dərddədi.

Əslində oyuna yaxşı başlamışdıq. Məncə, Paulo Dibala meydanın ən yaxşısı idi... Amma qapımızda qol görəndən sonra oyunun ritmini tuta bilmədik. Rəqib buna imkan vermədi. 0:4 hesabı ilə uduzmuşuqsa, hakimlərdən danışmayacağam. Bu, mənim üçün qaydadı.

Əlbəttə, belə məğlubiyyət dəhşətlidi. Belə məğlubiyyət azarkeşlərimiz üçün çox üzücüdü. Ancaq bu, həyatdı. İrəli baxmalıyıq. Bir oyunda 0:4 hesabı ilə uduzmaq dörd matçda 0:1 hesabı ilə məğlub olmaqdan yaxşıdı".

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul