Joze Mourinyo rəqib komandadan üzr istəyib.
Buna “Roma”nın baş məşqçisinin köməkçilərindən birinin “Salernitana”nı lağa qoyaraq bu komandanın B seriyasına düşəcəyini deməsi səbəb olub. A seriyasının son turunda “Roma”ya 1:2 hesabı ilə uduzan “Salernitana” hazırda 30 oyuna 16 xalla sonuncu – 20-ci yeri tutur. Mourinyo köməkçisinin məlum fikrinə belə reaksiya verib: “Sözün düzünü deyəcəyəm, biz bəzi klublar və polislər kimi yalançı deyilik. Mən rəqibdən üzr istədim. Biz mədəni adamlarıq. Meydanda baş verənlər elə orda da qalır. Hər halda 45 dəqiqədən sonra kimsə birinin üzünə yumruq vurmaq üçün onu çöldə gözləməz”.