Alonso Hemiltondan narazı qalmayıb

2.09.2022 20:30 351
İdman
Qəzetimizin ötən sayında Spa mərhələsində Lüis Hemiltonla Fernando Alonsonın toqquşduğunu xəbər vermişdik.

“Alpin” komandasının pilotu Alonso bildirib ki, Hemilton səhvini qəbul etdiyinə görə sevinir. İspaniyalı pilot yarışa 3-cü yerdən başlasa da, yaxşı tərpənərək 2-ci yerə yüksəlmişdi. Lakin britaniyalı 5-ci döngədə Alonsoya toxunub. Nəticədə Hemiltonun bolidi uçaraq, ciddi zədə alıb. Yeddiqat dünya çempionu mübarizəni dayandırıbsa, Alonso davam edərək sonda 5-ci olub:

“Hemiltonun üstümə belə qapanması səhv idi. Keçmişdə beşinci döngəni həmişə paralel dönmək istədiyini çox görmüşük. 2014-cü ildə Rosberqlə də eynisini etmişdi. Məncə, yarış qəzası idi və bu döngədə çox insident yaşanıb. Məyusam. İkinci və ya üçüncü başlayanda başıma belə işlər gəlir. 12-ci və ya 13-cü yerdən başlayanda isə təmiz yarış keçirirəm. Məncə, Lüis elə bildi ki, öndədi və səhv etdiyini düşünmürəm. O da səhvini qəbul etdi və buna görə razıyam”.