Mali yığmasının üzvü "Barselona"da

29.08.2022 13:03 390
Dünya futbolu
"Barselona" "Renn"in müdafiəçisi Amari Traoreni heyətinə qatmaq niyyətindədi.

"Football-plus.az" "Marca"ya istinadən xəbər verir ki, Fransa klubu malilinin Kataloniya klubuna keçidinə mane olmayacaq.

Amma fransızlar ona görə 3 milyon avro tələb edir.

30 yaşlı futbolçu “Paris”, “Lyers”, “Reysm” klublarında oynadıqdan sonra 2017-ci ildə “Renn”ə keçmişdi. O, Mali yığmasının da üzvüdü.