Millimizin sabiq üzvü Almaniya klubunda

19.08.2022 09:22 532
Dünya futbolu
Azərbaycan millisinin sabiq futbolçusu Cihan Özkaranın yeni klubu məlum olub.

"Footbal-plus.az" xəbər verir ki, 31 yaşlı forvard Almaniyanın “Rot Vays Ahlen” klubu ilə anlaşıb. O, Oberliqa təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

“Sivasspor”, “Kayseri Erciyesspor”, “Simurq”, “Verl”, “İstanbulspor”, “Afyonspor”da da çıxış edən Özkara Azərbaycan millisində 18 matça çıxıb və bir qolla yadda qalıb. Futbolçunun son klubu Türkiyə "Sarıyer"i olub.