Ötən həftə AFFA-nın inzibati binasında 1-ci divizionun 2022/23 mövsümünün püşkü atıldı.
Çempionatın iddialı komandalardan biri də "Zaqatala"dı. Bölgə təmsilçisinin yeni mövsümdə hansı hədəflər uğrunda mübarizə aparacağı maraq doğurur. “Football-plus.az” saytı olaraq bunu öyrənmək üçün baş məşqçi Rüstəm Məmmədovla danışdıq:
"Baş məşqçi kimi arzum, istəyim komandanı çempion etmək, ən pis halda isə ilk “3-lük”də qərarlaşmaqdı. Çox istəyirəm ki, elitaya yüksələk. Həmişə buna çalışmışam, yenə bu məqsədlə mübarizə aparacam. AFFA-nın qərarlarına, lisenziya tələblərinə gəlincə, bu artıq mənim işim deyil. Amma inanaq ki, bizə də yol açılacaq və premyer-liqada debüt edəcəyik".
ABDULLA İSMAYILOĞLU