Suares Berluskoninin klubunda oynayacaq?

11.07.2022 14:56 442
Dünya futbolu
“Atletiko”dan azad agent kimi ayrılan Luis Suares İtaliyaya gələ bilər.

Son xəbərlərdə onun “Montsa”da oynaya biləcəyi qeyd edilir. Məşhur Silvio Berluskoninin sahibi olduğu klub tarixində ilk dəfə A seriyasında oynayacaq. “Sportitalia” portalı xəbər verir ki, məşhur uruqvaylı bombardir 5 milyon avroluq məvacibə razılaşacağı halda “Montsa”daçıxış edəcək.

Klubun baş direktoru Adriano Qallianinin onun debütant komandada görünmək perspektivi ilə bağlı xəbərə reaksiyası belə olub:

“Yaddaşım elə də güclü deyil. Mən bu xəbəri nə təsdiq, nə də təkzib edirəm. Amma biz hücum xəttini gücləndirmək istəyirik”.