Ölümdən dönən İlkin Qırtımov özünü necə hiss edir?

23.07.2022 21:34 733
Ölkə futbolu / Manşet
İki gün əvvəl Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində səfərdə "Fehervar"la qarşılaşan "Qəbələ"nin heyətində müdafiəçi İlkin Qırtımov matçın 34-cü dəqiqəsində rəqib futbolçu ilə toqquşaraq zədələndi, hətta dili qatlandı.

Futbolçu dərhal xəstəxanaya aparıldı, yalnız gecə saatlarında özünə gəldi.

"Football-plus.az" saytı olaraq Qırtımovla əlaqə saxlayıb, səhhətiylə maraqlandıq:

"Şükür Allaha, hər şey qaydasındadı. Sağalmışam, özümü yaxşı hiss edirəm. Məni axtaran, səhhətimlə maraqlanan hər kəsə dərin təşəkkürümü bildirirəm. İnşallah, qarşıdakı oyunda da şans qazanacağımı düşünürəm".


Təcrübəli müdafiəçi "Fehervar"la oyunu da dəyərləndirdi:

"Macarıstan təmsilçisiylə oyuna pis başlamadıq. Hesabı da açan tərəf biz olduq. Rəqibdən çəkinmədən açıq futbol oynadıq. Sadəcə, müdafiədəki səhvlərdən qollar buraxdıq. Bəlkə zədələnməyim və bunun nəticəsində planlaşdırılmayan əvəzetmə, komanda yoldaşlarımının fikrinin məndə qalması da təsir etdi. İstənilən halda, "Fehervar" keçilməz rəqib deyil. Cavab qarşılaşmasında daha yaxşı oyun sərgiləyərək rəqibi üstələməyə çalışacağıq".

ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul