“Qəbələ”nin yarımmüdafiəçisi Stefan Vukçeviç karyerasını Cənubi Kiprdə davam etdirə bilər.
Football-plus.az xəbər verir ki, monteneqrolu da “Enosis”lə anlaşıb. Bu məlumatı adı çəkilən ölkənin mətbuatı yayıb. “Qəbələ” ilə müqaviləsi başa çatdığı üçün azad agent statusu daşıyan 25 yaşlı yarımmüdafiəçi elitaya yeni yüksələn “Enosis”lə anlaşıb.
Maraq üçün bildirək ki, Fernan Lopes də adı çəkilən klubla yeni mövsümdən çıxış edəcək.
Qeyd edək ki, Stefan Vukçeviç son iki ildə formasını geyindiyi “Qəbələ”nin heyətində 58 oyunda 2 qol vurub.