• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Skuadra adzurra”nın və Potsonun ardıcıl ikinci zəfəri

DÇ / Manşet

10-07-2022, 10:0

Ötən həftələrdə ilk iki mundiala nəzər saldıq. Ənənəmizə sadiq qalaraq, bu dəfə 1938-ci ildə Fransada keçirilən turniri xatırlayaq.

DÇ-38 ərəfəsində vəziyyət çox gərgin idi. Düzdü, XX əsrin ən böyük faciəsinə hələ bir müddət qalırdı, ancaq siyasi proseslər artıq başlamışdı. FİFA-nın verdiyi sözə əməl etməməsi də aləmi bir-birinə vurdu. Ali futbol qurumu mundialları rotasiya prinsipinə uyğun Cənubi Amerika və Avropada keçirəcəyinə söz versə də, 1936-cı ildə turnirin evsahibi kimi Argentinanı yox, Fransanı seçdi. Nəticədə Cənubi Amerikanın bütün təmsilçiləri növbəti 20 il ərzində Avropada oynamayacaqlarını bildirdilər. Yalnız Braziliya millisi bu boykota qoşulmadı. Təbii ki, Uruqvayın, xüsusən də Argentinanın yoxluğu mundial üçün ciddi zərbə oldu. Amma hər şey bununla da bitmədi.

Seçmə mərhələdə iştirak etmək istəyən yığmaların ümumi sayı əvvəlcə 37 olsa da, bir müddət sonra Misir, ABŞ, Kosta Rika, Meksika, Salvador və Niderland Qvineyası bu fikirdən daşındı. İspaniya millisinin yolunu FİFA kəsdi: təşkilat vətəndaş müharibəsinin getdiyi ölkədə oyun keçirilməsini mümkün saymadı. İştirakını təsdiqləyən, ancaq sonradan imtina edənlərdən biri də Yaponiya oldu. Asiyalılar artıq həmin vaxt Uzaq Şərqdə hərbi əməliyyatlar aparırdılar. Avropanın seçilən yığmalarından olan Avstriya isə DÇ-yə vəsiqə qazansa da, turnirin startına 3 ay qalmış ölkə nasist Almaniyası tərəfindən ilhaq edildi. FİFA bu komandanın əvəzinə İngiltərəyə dəvət göndərsə də, yarışa yuxarıdan aşağı baxan adalılardan mənfi cavab gəldi. Nəticədə Yunanıstan ilə Fələstin/Eres İsrael adı altında çıxış edən İsrail arasında Təl-Əvivdəki oyunu saymasaq, seçmə mərhələnin bütün matçları Avropada baş tutdu. Ardıcıl imtinalar isə Kuba və hazırda İndoneziya kimi tanınan Niderland Ost-Hindinin yolunu açdı.
İtaliya millisinin DÇ-34-dəki uğuru hakim qalmaqallarına görə xeyli mübahisə doğursa da, budəfəki zəfəri heç kimdə şübhə yeri qoymadı. Bəli, ardıcıl iki mundialda, həmçinin 1936-cı ildə keçirilən Olimpiadada qalib gələn Vittorio Potsonun komandası həqiqətən o illərin ən güclüsü idi! “Skuadra adzurra”nın azarkeşlərinə İkinci Dünya Müharibəsi səbəbindən növbəti turnirin yalnız 12 il sonra keçirilməsinə yalnız təəssüflənmək qalır. Kim bilir, heyətində Silvio Pyola, Cüzeppe Meatsa, Cino Kolaussi kimi futbolçuların yer aldığı Potsonun kollektivi daha hansı uğurlar qazana bilərdi...

DÇ-1938 – FRANSA
Vaxt: 4–19 iyun
Oyunların keçirildiyi şəhərlər: Antib, Bordo, Havr, Lill, Marsel,Paris, Reyms, Strasburq, Tuluza
Oyunların keçirildiyi stadionların sayı: 10
İştirakçılar (4 konfederasiyadan 15 milli komanda): Fransa, İtaliya, Almaniya, Çexoslovakiya, Macarıstan, İsveç, Niderland, İsveçrə, Rumıniya, Norveç, Polşa, Belçika, Braziliya, Kuba, Niderland Ost-Hindi (Almaniya tərəfindən ilhaq edilən Avstriyaturnirə qatıla bilmədi)
Oyun sayı: 18
Qol sayı: 84 (orta hesabla 4,67)
Poker: 1
Het-trik: 3
Penalti: 5 (2-si qeyri-dəqiq)
Sarı (qırmızı) vərəqə: 0 (4)
Tamaşaçı sayı: 376000 (orta hesabla 20889)
1-ci yer: İtaliya
2-ci yer: Macarıstan
3-cü yer: Braziliya
4-cü yer: İsveç
Bombardir: Leonidas da Silva (Braziliya) – 7
Turnirin ən yaxşı oyunçusu: Silvio Pyola (İtaliya).

Turnirin rəmzi yığması
Qapıçı – Frantişek Planiçka (Çexoslovakiya); müdafiəçilər –Pyetro Rava (İtaliya), Şandor Biro (Macarıstan); yarımmüdafiəçilər – Mikele Andreolo (İtaliya), Zeze Prokopio (Braziliya), Kurt Svanström (İsveç); hücumçular – Silvio Pyola, Cino Kolaussi (hər ikisi İtaliya), Dyord Şaroşi, Dyula Jengeller (hər ikisi Macarıstan), Leonidas da Silva (Braziliya).
1/8 final: İsveçrə - Almaniya 1:1, Macarıstan – Niderland Ost-Hindi 6:0, Fransa – Belçika 3:1, Kuba – Rumıniya 3:3 (əlavə vaxtda), İtaliya – Norveç 2:1 (ə.v.), Braziliya – Polşa 6:5 (ə.v.), Çexoslovakiya – Niderland 3:0 (ə.v.), İsveç – Avstriya +:
təkrar oyunlar: İsveçrə - Almaniya 4:2, Kuba – Rumıniya 2:1.

1/4 final
Braziliya – Çexoslovakiya 1:1, ə.v.
Leonidas, 30 – Needlı, 65-p.
Macarıstan – İsveçrə 2:0
Şaroşi, 40. Jengeller, 89.
İsveç – Kuba 8:0
Andersson, 9; 81; 89. Vetterström, 22; 37; 44. Keller, 80. Nüberq, 84.
İtaliya – Fransa 3:1
Kolaussi, 9. Pyola, 51; 72 – Esserer, 10.
təkrar oyun
Braziliya – Çexoslovakiya 2:1
Leonidas, 57. Roberto, 62 – Kopetski, 25.

yarımfinal
İtaliya – Braziliya 2:1
Kolaussi, 51. Meatsa, 60-p. – Romeu, 87.
Macarıstan – İsveç 5:1
Yakobsson, 19-öz qapısına. Titkoş, 37. Jengeller, 39; 85. Şaroşi, 65 – Nüberq, 1.

3-cü yer uğrunda oyun
Braziliya – İsveç 4:2
Romeu, 44. Leonidas, 63; 74. Perasio, 80 – Yunasson, 28. Nüberq, 38.

final
İtaliya – Macarıstan 4:2 (3:1)
İtaliya: Olivyeri, Foni, Rava, Andreolo, Serantoni, Lokatelli, Byavati, Kolaussi, Ferrari, Meatsa, Pyola.
Macarıstan: Sabo, Biro, Polqar, Süç, Lazar, Salai, Şaş, Titkoş, Jengeller, Vintse, Şaroşi.
Qollar: Kolaussi, 6 (1:0). Titkoş, 8 (1:1). Pyola, 16 (2:1). Kolaussi, 35 (3:1). Şaroşi, 70 (3:2). Pyola, 82 (4:2).
Hakim: Jorj Kapdevill (Fransa).
19 iyun. Paris. “Stad Olimpik de Kolomb”. 45000 tamaşaçı.

Maraqlıdı...
* DÇ-38-in ən yaxşı bombardiri olan Leonidasın bu turnirdə dəqiq neçə qol vurması xeyli müddət qaranlıq qaldı. FİFA uzun illərdən sonra mübahisəyə son qoydu: hücumçu Fransadakı mundialda rəqib qapılarına 8 yox, 7 dəfə yol tapmışdı.

* Bu həm də başqa mübahisəli məqama aydınlıq gətirdi. Belə ki, dünya çempionatlarında ilk poker edən futbolçunun polşalı Ernest Vilimovski olduğu dəqiqləşdi. Perasionun Polşa ilə matçdakı qolu bir sıra mənbələrdə səhvən Leonidasın hesabına yazıldığı üçün sonuncu onillərlə mundialların bir görüşündə 4 qol vurmağı bacaran ilk oyunçu sayılırdı.

* Adətən, hokkeydə görməyə öyrəşdiyimiz hesabla (6:5) bitən Braziliya – Polşa matçı dünya çempionatları tarixində ən yaddaqalan görüşlərdən biri sayılır. “Meno” stadionunda baş tutan oyunun ssenarisi ağlasığmaz idi! Ustalıq baxımından avropalıları xeyli üstələyən cənubi amerikalılar ilk hissəni 3:1 hesabı ilə öz xeyrinə bitirdilər. Ancaq fasilədən sonra başlayan güclü yağış hər şeyi alt-üst etdi. Braziliyalılar əvvəlki mundiallardan oxucularımıza yaxşı tanış olan referi İvan Eklinddən ayaqyalın oynamağı xahiş etsələr də, isveçli buna imkan vermədi. Polşalılar isə 6 dəqiqə ərzində Vilimovskinin dublu sayəsində tarazlıq yaratdılar. Bundan sonra yağış kəsildi. Braziliya yenidən hesabda irəli çıxsa da, avropalılar 89-cu dəqiqədə yenidən bərabərlik topunu vurdular. Amma əlavə vaxtda iki qolla yadda qalan Leonidas komandasını 1/4 finala daşıdı, Vilimovski isə yalnız tarixə düşməyi bacardı.

* Braziliya millisi DÇ-38-də qələbəyə əsas namizədlərdən olsa da, məşqçi Ademar Pimentanın böyük səhvi bütün ümidlərin üzərindən xətt çəkdi. Çalışdırıcı 1/4 finalda Çexoslovakiya ilə təkrar oyundan sonra komandanın lideri olan Leonidasa yarımfinalda istirahət vermək qərarına gəldi. Bu, cənubi amerikalılara çox baha başa gəldi. Braziliya İtaliyaya uduzdu, hücumçu isə məğlubiyyəti stadiondan izlədi.
* Braziliya – Çexoslovakiya matçı tarixə “Bordo döyüşü” kimi düşdü və dünya çempionatlarının ən qəddar oyunlarından biri sayılır. Hakim cənubi amerikalıların 2, avropalıların isə 1 futbolçusunu meydandan qovdu, DÇ-34-ün bombardiri Oldrjix Needlı isə ayağını sındırdı və meydanı xərəkdə tərk etdi. Ancaq Çexoslovakiya daha bir zərbə aldı: 87-ci dəqiqədə qapıçı Frantişek Planiçka əlini sındırdı. Dəyişkliklər olmadığı üçün 37 yaşlı futbolçu əlavə vaxtda da meydanda qalmağa məcbur qaldı. Bu, “Praqa pişiyi” ləqəbli qolkiperin millidə son oyunu oldu. O, təkrar görüşü əli gipsdə ehtiyat oyunçular skamyasından izlədi.

* Yarımfinalda İtaliyaya qalib gələcəyinə əmin olan braziliyalılar hələ oyundan bir neçə gün əvvəl Marsel – Paris reysinə aviabiletlər aldılar. Fransanın paytaxtına başqa reys olmadığı üçün bu məsələ italyanları narahat edirdi. Buna görə Vittorio Potso cənubi amerikalıların qaldığı otelə gəldi və matçda qalib gələcək komandanın biletlərə sahib çıxmasını təklif etdi. Ancaq braziliyalılar çalışdırıcıya belə cavab verdilər: “Parisə onsuz da biz uçacağıq, amma istəsəz, sizi də finala baxmağa özümüzlə apara bilərik”. Məğlubiyyətdən sonra cənubi amerikalılar biletləri rəqibə verməkdən imtina etdilər və nəticədə italyanlar Parisə qatarla yollandılar.

* DÇ-34-də olduğu kimi, bu dəfə də İtaliyanın uğur qazanmasında Benito Mussolininin “əməyi” oldu. “Duçe” finaldan əvvəl komandaya “qələbə və ya ölüm” yazılan teleqram göndərdi.

Bilirsizmi?
Hansısa futbolçu başı üzərindən aşırma zərbə ilə qol vurursa, bu, azarkeşlər və mütəxəssislər tərəfindən həmişə təriflə qarşılanır. Təbii ki, futbolda ən effektli fəndlərdən sayılan “qayçı” zərbəsinin müəllifini dəqiqləşdirmək qeyri-mümkündü. İlk dəfə bu haqda 1927-ci ildə Çilinin “Kolo-Kolo” klubunun Avropa qastrolları dönəmində qeyd olundu. Sol vinger David Arelyanonun effektli hərəkəti növbəti gün qəzet səhifələrinə “la chilena” və ya bizim dildə desək, “Çili tryuku” kimi düşdü. Ancaq Arelyano da sonradan bu fəndi həmyerlisi olan və 1912-23-cü illərdə oynamış hücumçu Ramon Unsaqadan mənimsədiyini etiraf etdi.
Buna baxmayaraq, Braziliyada bu versiya ilə qəti barışmaq istəmirlər. Bu ölkənin azarkeşləri və futbol tarixçiləri onların həmvətəninin yox, hansısa çililinin “qayçı” zərbəsini kəşf etdiyi fikrini yaxına da buraxmırlar. Braziliyada sözügedən fəndin müəllifi “Qara almaz” ləqəbi ilə tanınan və İkinci Dünya Müharibəsindən əvvəl dünyanın ən güclü futbolçularından biri olan Leonidas da Silva sayılır. Yeri gəlmişkən, onun ifasında bu zərbənin premyerası 1932-ci ildə Uruqvay millisinə qarşı oyunda baş tutdu. İnanılmaz elastikliyə sahib hücumçu oynadığı dövrdə “qayçı” zərbəsini başqaları ilə müqayisədə daha tez-tez, gözəl və effektiv yerinə yetirirdi. Təsadüfi deyil ki, DÇ-38-in ən yaxşı bombardiri plastikasına görə “Quttaperçalı adam” (quttaperça - kauçukaoxşar elastik maddədi) ləqəbiylə də tanınırdı.

Faktlar
* Turnirin xalis gəliri 5 milyon fransız frankından bir qədər çox təşkil etdi.
* 4 il əvvəki mundialdan fərqli evsahibi komanda seçmə mərhələdən azad olundu.
* DÇ-38 məhsuldarlıq baxımından əvvəlki iki mundialı üstələdi. Uruqvayda 18, İtaliyada isə 17 oyuna 70 top vuruldusa, bu dəfə Fransada 18 matçda 84 qol qeydə alındı. DÇ-38 həm də hər oyunda orta hesabla vurulan qol sayına (4,67) görə bu günə qədər keçirilən 21 mundial arasında ikincidi və təkcə 1954-cü ildə İsveçrədə təşkil olunan yarışdan (5,38) geri qalır!
* Dünya çempionu İtaliya titulunu qorudu. “Skuadra adzurra”nın bu uğurunu sonradan yalnız Braziliya təkrarlaya bildi (1958 və 1962-ci illərdə).
* İtaliyanın 4 futbolçusu – qapıçı Qvido Mazetti, müdafiəçi Eraldo Mondzelyo və hücumçular Cüzeppe Meatsa ilə Covanni Ferrari ilk ikiqat dünya çempionları kimi tarixə düşdü.
* Mundiallar tarixində 200-cü qolun müəllifi isveçli Ture Keller oldu. Söhbət hücumçunun 1/4 finalda Kubanın qapısına vurduğu topdan gedir.
* Niderland yığmasının futbolçuları Çexoslovakiya ilə matçda iki maraqlı rekordla yadda qaldılar. Belə ki, start heyətdə yer alan hücumçu Bertus de Harder (18 yaş 42 gün) həmin vaxta qədər mundialların final mərhələsində mübarizə aparan ən gənc, komanda yoldaşı Vim Anderisen (34 yaş 190 gün) isə ən yaşlı oyunçu kimi tarixə düşdü. Beləliklə, dünya çempionatında ilk dəfə XIX əsrdə doğulan futbolçu çıxış etmədi.
* DÇ-nin qalibi ilk dəfə turnirə evsahibliyi etməyən ölkənin millisi oldu.

Çempion məşqçi
Vittorio Potso – əfsanəvi çalışdırıcı haqda DÇ-34 ilə bağlı sayımızda yazsaq da, ona bu dəfə də yer ayırmamaq günah olardı. Hər şeydən əvvəl ona görə ki, Potso indiyə qədər iki mundialın qalibi olan yeganə məşqçidi! Təəssüf ki, İtaliya futbolunun çox vacib siması İkinci Dünya Müharibəsindən sonra bir müddət yada salınmadı. Səbəb mütəxəssisin Mussolinin dövründə rejim ilə əlaqələri idi. Ancaq tarix hər şeyi öz yerinə qoydu. Doğma Turin şəhərində dəfn edilən Potsonun başdaşında bu sözlər yazılıb: “O, formadakı göy rəngin səmanın rənginə çevrildiyi dünyada yaşayır”.

DÇ-nin ulduzu
Silvio Pyola – karyerası ərzində millidə cəmi 34 oyun keçirsə də, 30 dəfə rəqib qapısına yol tapmağı və böyük iz qoymağı bacardı. Hücumçunun DÇ-38-də vurduğu 5 topun hamısı çox vacib oldu! Pyola əvvəlcə 1/8 finalda Norveçlə çətin keçən matçın əlavə vaxtında komandasına qələbə gətirdi, ardınca növbəti mərhələdə “üçrənglilər” ilə görüşdə dublundan sonra görə yerli mətbuatda “Fransanın cəlladı” ləqəbini aldı. Finalda isə macarları 2 dəfə məyus edən Silvio komandasının əsas qəhrəmanına çevrildi. Pyolanın A seriyasının tarixində ən yaxşı bombardir (274 qol) olduğunu, millidə qol sayına görə təkcə Luici Riva (35) ilə Cüzeppe Meatsadan (33) geri qaldığını əlavə edək.

Paylaş:
Digər xəbərlər

Aktual / Dünya futbolu / Manşet

1-04-2022, 21:0

DÇ-2022-nin püşkü atıldı

Dünya futbolu

30-03-2022, 23:0

Cənubi Amerika zonasının rəmzi komandası açıqlandı

Aktual
AFFA “Araz Saatlı”nın pulunu niyə vermir? – Asim İbrahimov təhdid edib!
Elvin də qol vurdu, Abbas da - “Qarabağ”dan böyükhesablı qələbə!
Elvin də, Abbas da oyuna çıxdı!
Turan Manafovla Paulo Quimbila hardadı? - klubdan açıqlama
“Sabah” çempionluğunu azarkeşlərlə Şamaxıda qeyd edəcək?
Kamranbəy Rəhimov "Neftçi" üçün xal ümididi!
Son xəbərlər
  • Bu gün, 21:58
    Reşfordu təhqir etdiyi üçün cəzalandı
  • Bu gün, 21:38
    Rövşən Nəcəf müxtəlif federasiyaların prezidentləri ilə görüşdü
  • Bu gün, 21:16
    AFFA “Araz Saatlı”nın pulunu niyə vermir? – Asim İbrahimov təhdid edib!
  • Bu gün, 20:46
    “Barselona”ya qayıtmaq şansı yoxdu
  • Bu gün, 20:15
    Gözlənilən addımı yayda atacaq
  • Bu gün, 19:44
    Kənan Yıldız ''10 nömrə''nin yaratdığı təzyiqin öhdəsindən gələ bilirmi?
  • Bu gün, 19:13
    Pemyer-liqada gözlənilən istefa
  • Bu gün, 18:42
    “Bunu bacarmasalar, çempionluqları kölgədə qalacaq” - Mahmud Qurbanov niyə “Sabah” haqda belə dedi?
  • Bu gün, 18:11
    Saka son bir neçə ildəki ən pis mövsümünü keçirir - “Arsenal”ın vingeri niyə bu qədər geriləyib?
  • Bu gün, 17:40
    “Bavariya”dan növbəti möcüzə! - İCMAL
  • Bu gün, 17:19
    Hacinin yığmaya növbəti gəlişi nə vəd edir? - “O deyirdi ki, pley-offu keçməsəm, xəstələnə və ölə bilərəm”
  • Bu gün, 16:58
    Sarr "Şaxtyor"u 21-ci saniyədə məyus etdi - "Qarabağ"ı Avroliqanın rekordu ilə nə bağlayır?
  • Bu gün, 16:26
    “Əl-Nəssr” qalib gəldi, Merih Dəmiral əsəbləşdi - “Hamı onların çempion olmasını istəyir”
  • Bu gün, 15:55
    La Liqada hamını arxada qoydu
  • Bu gün, 15:24
    Mbappe nə vaxt qayıdacaq?
  • Bu gün, 14:53
    “Qarabağ”ın, yoxsa “Sabah”ın çempionluğu vacibdi?
  • Bu gün, 14:32
    Füzulidə qızlar üçün futbol festivalı keçirildi
  • Bu gün, 14:01
    Elvin də qol vurdu, Abbas da - “Qarabağ”dan böyükhesablı qələbə!
  • Bu gün, 13:40
    Mövsümü erkən başa vurdu
  • Bu gün, 13:19
    Tahir Gözəl "Sabah"ı təbrik etdi
  • Bu gün, 12:58
    Millimiz Belarusa qalib gəldi
  • Bu gün, 12:37
    "Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?
  • Bu gün, 12:16
    Elvin də, Abbas da oyuna çıxdı!
  • Bu gün, 11:54
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı
  • Bu gün, 11:23
    ''Fənərbaxça''nın kapitanı bir illik futboldan kənarlaşdırıldı! - Edersonun da cəzası bəlli oldu
  • Bu gün, 10:52
    UEFA ona ağır cəza kəsdi
  • Bu gün, 10:31
    DÇ-2026-nın mükafat fondu artırılacaq
  • Bu gün, 10:00
    Rokkinin cəzalanması “İnter”i B seriyasına göndərə bilər
  • Bu gün, 01:02
    Arda Turan acı məğlubiyyətlə üzləşdi
  • Bu gün, 00:04
    9-cu çempion: "Sabah" - 18 ildə ilk
  • Dünən, 23:05
    “Sizdən bir xahişim olacaq: bu gün olarmı sual verməyəsiz?” – Yuri Vernidub
  • Dünən, 22:47
    “Həmişə çempion olası deyilik ki...” – Qurban Qurbanov
  • Dünən, 22:19
    "Neftçi" mövsümün ən böyükhesablı qələbəsini qazandı
  • Dünən, 21:54
    "Neftçi" "Zirə"ni arxada qoydu, "Sabah" çempion oldu - YENİLƏNİB
  • Dünən, 20:57
    AFFA rəhbərliyi FİFA-nın Konqresində
Daha çox
Oxunub: 296
QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
Oxunub: 191
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 158
“Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
Oxunub: 130
“Kayzerslautern”in AFFA-nı və Emrelini aldatması... – bəs, Mahir niyə özünü aldadır?
Oxunub: 130
“Pul hər şeyi yox, çox şeyi həll edir” – “Şamaxı”dan cavab
Oxunub: 129
AFFA "Sabah" - "Qarabağ" oyunu ilə bağlı qərarları niyə açıqlamır? - Erkin Hüseynov susdu...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə