"Qalatasaray" misirlilərə borcunu ödədi

9.07.2022 11:58 299
Dünya futbolu
''Qalatasaray''da Mustafa Məhəmədlə bağlı problem nəhayət yoluna qoyuldu.

Bilindiyi kimi İstanbul nəhəngi misirli forvardı 2020/21-in qış fasiləsində ''Zəmələk''dən icarəyə götürmüşdü. Məhəməd ilk aylarda yaxşı və məhsuldar oyun sərgiləsə də, ötən mövsümü istənilən səviyyədə keçirməmişdi. Buna baxmayaraq ''Cim-Bom'' ötən ilin dekabrında onu daimi əsasda heyətə qataraq 2025-ci ilə qədər müqavilə imzalanmışdı. Amma bu keçidin qarşılığında ''Zəmələk''ə 4 milyon dollar ödənilməli idi. Son tarix 1 iyul idi. Misir klubu həmin tarixə qədər pulu almadığından ''Qalatasaray''a ayın 12-nə qədər vaxt verdi və bundan sonra FİFA-ya şikayət edəcəyini bildirdi. Amma iş şikayətə qədər çatmadı.

''Sarı-qırmızılar'' dünən 4 milyon dolları qarşı tərəfin hesabına köçürdülər. 24 yaşlı forvard indiyə qədər ''Qalatasaray''da forma geydiyi 57 rəsmi oyunda 17 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul