"Zirə" heyətini iki futbolçu ilə gücləndirib.
“Football-plus.az” saytının məlumatına görə, bu haqda klubun rəsmi saytı istinadən xəbər yayıb. “Qartallar” Slavik Alxasov və Mirsayib Abbasovla müqavilə bağlayıb.
Alxasovla iki illik, Mirsayiblə 1 illik sazişə imza atılıb.
Qeyd edək ki, Mirsayib Abbasov 2018-2019-cu illərdə "Zirə"nin formasını geyinib. Sonradan isə o, "Səbail"ə yollanmışdı.