"Bavariya" heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" saytının məlumatına görə, "ayılar" "Ayaks"dan Rayan Qravenberxi transfer edib. Bu haqda italyan insayder Nikolo Skira "tvitter" hesabında xəbər yayıb.
Münhen təmsilçisi 19 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına qədər müqavilə müqavilə bağlayıb. Rəsmi açıqlama yaxın zamanda veriləcək.
Qeyd edək ki, niderlandlı futbolçu bu mövsüm "Ayaks"da 42 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib.