Xuan Laportanın “Barselona”nın prezidenti kimi ilk mövsümü başa çatmaqdadı.

"Football-plus.az" xəbər verir ki, onun əsas başağrısı kişilərdən ibarət futbol komandasıdı. Klub prezidenti “L’Esportiu” nəşrinə verdiyi geniş müsahibədə bir çox suala cavab verməyə çalışıb.

- “Vilyarreal”la son oyunda tribunalarda fit səsi eşidilirdi. Mövsümü necə qiymətləndirirsiz?
- Baş məşqçini dəyişən kimi komandanın oyunu yaxşılaşdı. Xavi işinin öhdəsindən çox yaxşı gəldi. Mövsümün son və çətin hissəsini də arxada qoymalıyıq (formal cəhətdən mövsüm iyunun 30-da bitir – red.). Mövsümün sonluğu yaxşı olmadı. Bu komanda hələ də quruculuq mərhələsindədi, onu gücləndirmək lazımdı, zədəli oyunçuların yerini doldurmaq baxımından heyətimiz lazımi genişliyə malik deyildi. Belə sonluğa görə qəzəbli və məyusam. Lap zədəlilərimiz olsa da, evdə “Kadis”, “Rayo Valyekano” və “Vilyarreal”a uduza bilmərik. Komandanın işə münasibətindən hədsiz narazıyam. Futbolçuların xaraktersizliyinə görə ən azı Xavi qədər əziyyət çəkirəm. Niyə belə olduğunu anlamıram. Komandada liderlik keyfiyyətləri çatmadı. Prezident kimi çox narazıyam. Gəlin həqiqətin gözünə dik baxaq – son 10 gündə oynadığımız heç bir finalda qalib gəlmədik. Nə qadın futbolunda, nə də basketbolda. Avroliqada “4-lər finalı”na çıxmağa dəyərmi? Bəli, ancaq məğlubiyyət yolverilməzdi, biz isə yarımfinalda “Real”a uduzduq.

- Demişdiz ki, məğlubiyyətlərin fəsadları olacaq. Qənaət məqsədi ilə hansısa hərəkətlər planlaşdırılırmı?
- Bartomeudan bizə qalan müqavilələrə düzəliş etmək çətindi. Güman edirəm ki, ya radikal qərarlar verməli olacağıq, ya da müqavilələr klubun maliyyə vəziyyətinə uyğunlaşdırılacaq. Bizə faciəvi miras qalıb. Bu artıq reallıqdı. İndiki iqtisadi durumu düzəltmək üçün vaxt lazımdı. Əlimizin altındakı variantlardan heç biri optimal deyil. Çünki bunlar ya teleyayın hüququnun satışı, ya da törəmə şirkətlərdəki payımız ilə bağlıdı. Bundan başqa, La Liqa ilə qarşılıqlı münasibətlərimiz pozulub. La Liqa rəhbərliyi qazanca ehtiyac duyan “Barsa” kimi klubların durumuna çox qəribə yanaşır. Hətta müəyyən qazanc götürəndə də La Liqanın qaydaları bizə maaş fondunu artırmağa imkan vermir. Qaydalara hörmət edir, ancaq anlayırıq ki, bunlar başqa ölkələrlə müqayisədə hədsiz sərtdi. La Liqa ilə bu problemlər haqda danışsaq da, çətin mövqe ilə üzləşirik. Konktet danışım. La Liqa bildirir ki, 600 milyon avro gəlir bizə maaş fondunu artırmağa imkan vermir. La Liqanın müəyyənləşdirdiyi belə qadağalar şəraitində yaşamaq çətindi.

- Adlarla bağlı danışaq. Dembelenin problemi nədi?
- Usmanın ətrafında təklifimiz var, bu təklif üçün son tarixi də demişik, artıq vaxtımız yoxdu. Çoxdan növbəti mövsümə hazırlaşırıq, ancaq bu problemdə ilişib-qalmışıq, ona görə ki, agenti təkliflərimizə cavab vermir. Belə görünür ki, onlar da əks təklif hazırlayırlar. İndi bizim üçün üstün yön budu ki, “maliyyə feyr-pleyi”nə uyğunlaşmaq üçün iqtisadi durumu düzəldək. Bəzi oyunçular üçün müəyyən maliyyə əməliyyatları etmək lazımdı, ancaq La Liqa buna icazə vermir.

- La Liqa güzəşt etməsə, necə olacaq?
- Dialoqu davam etdirməli və oyunçuları “maliyyə feyr-pleyi”nə əməl etməli olduğumuza inandırmalıyıq. Əks halda növbəti mövsüm üçün heç kimə imza atdıra bilməyəcəyik. Bəzi əməliyyatlar artıq bitib, ancaq La Liqa qarşımıza sərt tələblər qoyur. Söhbət teleyayın hüquqlarının 10 faizinin satışından gedir. Bu qaçılmazdısa, onda biz öz şərtlərimiz əsasında müqavilə bağlamağa hazırıq.

- CVC haqda danışırsız?
- Bəli. Hesab edirik ki, bu sövdələşmə baş tutacaqsa, “Barsa”nın maraqları nəzərə alınmalıdı. Əks halda müqavilə bağlamağa dəyməz. La Liqa klubun maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün nəzərdə tutduğumuz bəzi əməliyyatlara zərər yetirməyə çalışır. Bu məni çox təəccübləndirir.

- “Maliyyə feyr-pleyi” problemi nə vaxt həll olunacaq?
- Yay ərzində, ancaq konkret tarix problemi hansı yolla həll edəcəyimizdən asılıdı.

- Serxi Roberto ilə müqavilə müddətinin uzadılması da bundan asılıdı?
- Bəli. “Maliyyə feyr-pleyi”nə əməl edən kimi yeni müqavilə açıqlanacaq. Serxi baş məşqçinin istədiyi futbolçudu. Xavi hesab edir ki, Serxi bir neçə il burda oynadığına görə oyun sistemini, onun ideyalarını gözəl anlayır. Serxi həmişə kluba sadiqdi. Biz onunla müqavilə müddətini uzatmağı planlaşdırırıq, ancaq “feyr-pley” tələbləri əl-qolumuzu bağlayır.

- Bəs Qavi ilə bağlı məsələ?
- Təklifimiz çoxdan onun agentinə çatdırılıb. Qavinin təklifi qəbul etdiyinə dair bilgimiz yoxdu. Onun agentinin başqa klublardan olan təkliflərə baxdığını da bilirik. Hələ ki şərtlərimiz qəbul olunmayıb.

- Hadisələrin belə axarı sizin üçün xoş deyil.
- Bəli, ona görə ki, belə davranışı anlamırıq. Qavinin 17 yaşı var, xoşumuza gəlir, işi yaxşı gedir, “Barsa”da böyük gələcəyi var, ancaq onun təmsilçisinin oynadığı oyunları və ticarətini anlamırıq. Düşünürəm ki, imkanlarımızı nəzərə alanda klubun təklifləri tam qəbulolunandı. Müəyyən çərçivədən kənara çıxmayacağıq. Ona görə ki, klubu iflas həddinə çatdıran sələflərimizin yolu ilə getmək istəmirik. Müqavilə müddəti bitən oyunçularımıza yaxşı təkliflər təqdim edirik, ancaq onların təmsilçiləri bütün variantları müqayisə edərək, qərarı yubadırlar. Aydın məsələdi ki, belə vəziyyət xoşuma gəlmir. Oyunçuları mümkün qədər tez qərar verməyə çağırıram, çünki belədə büdcəni daha erkən planlaşdıra bilərik.

- Ferran Torres qış “transfer pəncərəsi”ndə ən nəhəng (55 milyon avro – red.) alışınız oldu. Onun çıxışını necə qiymətləndirirsiz?
- Onun qiyməti ilə bağlı sual yoxdu. Ferrandan çox razıyıq. Anlamaq lazımdı ki, “Barsa” sisteminə uyğunlaşmaq vaxt tələb edir, düşünürəm ki, Pedri meydanda olanda Ferran daha yaxşı oynayır. Komandada “beyin mərkəzi”nin çalışması hücumçulara irəli çıxmaq imkanı yaradır. Ferranı “Barsa”da uzun karyera gözləyir, onun işə münasibətindən və istedadından çox razıyıq.

- Adam Traore də qışda gəldi. Onu 30 milyona almaqla bağlı variantınız varmı?
- Ondan da razıyıq. Komandaya yeni impuls verdi, Adamı tənqid etmək üçün əsas yoxdu. Görək necə olur...

- Dani Alvesin gələcəyi necə olacaq?
- Bu qərarı texniki katiblik və baş məşqçi verəcək. Onun oyunundan, gənclərə yardım etməsindən razıyıq. Ancaq indi idman xarakterli şərait yaranıb. Bu şəraiti artıq futbolçu özü, baş məşqçi və texniki katiblik dəyərləndirməlidi. Daninin məqsədi dünya çempionatında oynamaqdı. Ona gələn mövsüm müəyyən oyun vaxtı ilə bağlı təminat verə bilməsək, zərər vuracağıq.

- Alves Neymarın dostudu, Xavi isə bugünlərdə Neymarı bəyəndiyini deyib. Siz də bəyənirsiz?
- Neymarı kim sevmir ki?! Müstəsna oyunçudu.

- PSJ onun üçün qapı aça bilər.
- Onun PSJ ilə müqaviləsinin hələ 4-5 ili qalır. PSJ kimi klubla müqavilə bağlayan futbolçular, demək olar ki, qul statusuna razılıq verir. Hər şey pul naminədi.

- Messi də?
- Olan oldu. Hamımız istəyərdik ki, o, idman karyerasını burda bitirsin, ancaq müəyyən səbəblər üzündən mümkün olmadı. Hər şey La Liqanın “maliyyə feyr-pleyi” və PSJ-nin təklifi ilə bağlıdı. Belə müqavilə bağlayan futbolçular anlayırlar ki, könüllü gedə bilməzlər. O da doğrudu ki, PSJ-nin arxasında dövlət dayanır, onların pulu çoxdu, müqaviləni pozmağa görə istənilən kompensasiyanı verə bilirlər.

- Neymar azad agent olmalıdı?
- Belə oyunçular günlərin birində “Barsa”ya qayıdarlarsa, onda yalnız azad agent kimi olacaq. Biz belələrinin transfer qiymətini ödəməyə qadir deyilik. Ancaq hətta pulumuz olsaydı da, bunu etməzdik. Onlar azad agentə çevrilərsə, onda baş məşqçi düşünməlidi ki, “Barsa”nın yeni layihəsinə uyğundularmı? Futbolçu kimi ikisini də bəyənirəm.

- Bəs Levandovskinin transferinə pul xərcləmək olarmı?
- Vəziyyət belədi ki, Levandovskinin hələ “Bavariya” ilə birillik müqaviləsi var. Bununla bağlı artıq heç nə deyə bilmərəm.

- Ancaq o getmək yolunda bəzi addımlar atıb, məsələn, artıq son oyununu oynadığını deyib.
- Biz heç kimin işinə mane olmayacağıq. Robertin “Bavariya” ilə müqaviləsinə hörmət edirik. O, çox yaxşı oyunçudu, bizim də xoşumuza gəlir, ancaq müqaviləsi var.

- Yeni “transfer pəncərəsi”nin ilk sövdələşmələrindən biri Mbappenin müqavilə müddətini uzatması oldu. PSJ-nin bu gedişini necə qiymətləndirirsiz?
- Bu addım bazarı pozur. Futbolçuları, sadəcə, pul müqabilində oğurlayırlar. Bu isə klubun arxasında dövlətin dayanmasının fəsadıdı. Belə addımlar Avropanın bütün prinsiplərinə ziddi və qitə futbolunun heç də dayanıqlı olmadığını göstərir.

- “Real” və PSJ sizin üçün nə dərəcədə güclü qıcıq mənbəyidi?
- Biz “Barsa”dan yana narahat olmalıyıq. Başqalarının əməlləri onların öz problemidi. Biz, sadəcə, əmin olmaq istəyirik ki, heç bir qeyri-qanuni əməl yoxdu, klub-dövlətlər bazarı pozmur. Belə məqamlar sosyosa məxsus “Barselona” kimi klubların idarə olunmasını çətinləşdirir.

- Və bu problemi necə həll etməli?
- Qaydalara əməl olunmasına nəzarət etmək, “maliyyə feyr-pleyi”nin işlədiyinə əmin olmaq lazımdı. Elə olmamalıdı ki, bəzi ölkələrdə bu prinsiplə bağlı hansısa güzəştlər işləsin, bizdə - İspaniyada isə gəlirin artması fonunda belə həmin prinsipə uyğun gəlməyək. La Liqa rəhbərliyi mənə deyir ki, sizə belə miras qalması sizin günahınız deyil. Yaxşı, maliyyə problemləri bizdən əvvəl kluba rəhbərlik edənlərin günahıdı. Ancaq başqa ölkələrdə bu yöndə daha çevik qərarlar verilirsə, bizdə də belə olmalıdı.

- Hazırda “Barsa” ilə UEFA arasındakı münasibətlər necədi?
- Sərin. Hesab edirik ki, klublara təqdim olunan imkanlar baxımından Çempionlar Liqasını yaxşılaşdırmaq, onu daha cəlbedici etmək olar. Superliqanı dəstəkləyən klubların ideyası belə idi ki, bu problemin həlli tapılsın. Real qərarlar lazımdı, daha problemi pərdələməyə cəhd olmamalıdı. Sükan bu şouya pul qoyan klubların əlində olmalıdı. İdarəçilik problemi ortadadı və düşünürəm ki, UEFA ilə anlaşa bilərik. Klublar bu yarışı ən yüksək səviyyədə idarə etməlidi. Yəqin UEFA-nın bu yöndə deməyə sözü var. Və pul bölgüsünü də unutmayaq. Elita çapında qalmaq böyük pullara dəyən biznesdi, pul yoxdusa, ənənələri olan klublar ziddi ziyan görürlər.

- “Barsa”, “Yuventus” və “Real”ın üzləşə biləcəyi sanksiyalar sizi narahat edirmi?
- Düzünü desəm, UEFA-nın bizə hansısa sanksiyalar qoymağa qadir olduğunu düşünmürəm. Biz – klublar Avropa İttifaqının azad rəqabətlə bağlı prinsipini müdafiə edirik. Biz istəyirik ki, Avropa futbolu dayanıqlı olsun, rusiyalı və ya ərəb oliqarxların şəxsində bu bazarı təhrif edən kənar agentlər olmasın. Düşünmürəm ki, UEFA bu prinsipləri müdafiə edən klubları cəzalandıra bilər. Biz artıq Çempionlar Liqasının növbəti mövsümünün iştirakçıları kimi qeydə alınmışıq. UEFA-nın azad rəqabət sistemini pozmaq istəyi doğru deyil. Və qurum bunu etsə, son nəticədə Avropa İttifaqının prinsiplərini pozduğuna görə bumeranq effekti ilə üzləşəcək.

- Maliyyə problemlərinin işığında oyunçuları satmaq haqda düşünmürsüz? Frenki de Yonqun adı son vaxtlar çox tez-tez çəkilir.
- İndi bazar fəallaşmağa başlayır və bizim oyunçularla bağlı da təkliflər var. Ona görə ki, hər biri yüksək səviyyəli futbolçudu. Hər şeyin öz axarı ilə getməsinə imkan yaratmalıyıq. Ancaq verəcəyimiz qərarlar və “maliyyə feyr-pleyi”nə əməl etmək yönündə çox ehtiyatlı olmalıyıq. Hər şey mümkündü. Həqiqət budu ki, müqavilə müddətini uzatdığımız, klubda gələcəyi olan, sıralarımızda qalmasını istədiyimiz oyunçular var. Ancaq keyfiyyətli başqa futbolçularımız da var ki, onlara görə təkliflər almışıq və bu halda çox şey “maliyyə feyr-pleyi”ndən asılı olacaq.

- Frenki de Yonqun 2-ci qrup futbolçulara aid olduğu dəqiqdi?
- Söhbət “Barsa”nın əsas heyət oyunçularından gedir, onların əksəri çox isteadlıdı. Frenki möhtəşəmdi, oyun sistemimizi bilir və bəli, bazarda çox arzulanan oyunçudu, onunla bağlı təkliflər almışıq. Ancaq düşünürük ki, Frenki “Barsa”da qalmalıdı.
(davamı olacaq)

ORXAN hazırladı

Son xəbərlər

PSV-nin futbolçusu premyer-liqa klubunun hədəfində

MY Kasemiro transferini açıqladı

Beyli "Marsel" yolunda

"Vilyarreal"da ayrılıq

"Fiorentina"da yeni müqavilə

Tuxel və Kontenin cəzaları müəyyənləşdi

"İnter" PSJ-nin təklifini rədd etdi

"Brayton"da yeni müqavilə

MY Antoni transferində israrlıdı

Ndombelenin yeni klubu müəyyənləşdi

Autsayderlərin matçında iki qol - VİDEO

"Komanda olaraq oyundan-oyuna artıracağıq" - Vüqar Əsgərli

"Daha yaxşı nəticə əldə edə bilərdik" - Mahmud Qurbanov

"Kəpəz"in iki futbolçusu "Qəbələ" ilə görüşü buraxacaq

"Çelsi" Obameyanqa təklif göndərəcək

Şamaxıda bərabərlik - YENİLƏNİB

Yamayka millisinin forvardı "Qalatasaray"a keçə bilər

"Viktoriya" - "Qarabağ" matçına əlavə biletlər satışa çıxarıldı

19 yaşlı müdafiəçi rəsmən "Çelsi"də

"Qarabağ"in Çexiyaya səfər tarixi açıqlandı

Mayk Tayson əlil arabasında - FOTOLAR

"Pis dönəmlər keçirdim, ancaq vəziyyətdən çıxa bildim" - Suares

Daha 1 il "Bavariya"da qala bilər

İki idmançımız Avropa çempionatının finalında

Ançelotti Kazemironun "Mançester Yunayted"ə keçidini istəmir

Ronaldo ten Haqın işindən narazıdı

"Barselona" "Vilyareal"ın futbolçusu ilə razılaşdı

"Bu nəticə bizə revanş üçün əla şans verir" - "Viktoriya"nın futbolçusu

“Xocalı”nın direktoru valideyndən 3000 manat tələb edir

Medianın İnkişafı Agentliyi media subyektlərinə müraciət etdi

"Real"ın futbolçusu "Mançester Yunayted"də

Millimizin üzvü "Neftçi"də

Daha bir klub Ronaldonu istəmədi

Premyer-liqada 3-cü turun təyinatları açıqlandı

Patrik Andrade "Partizan"da ilk qolunu vurdu

PSJ Neymar və Mbappeyə xəbərdarlıq etdi

Bu divizion klubunun ev oyunlarına giriş pullu olacaq

AFFA Region Liqası klubları üçün tender elan etdi

Millimizin sabiq üzvü Almaniya klubunda

“Atletiko”nun mövsümöncəsi toplanışı cəhənnəm əzabıdı

Ronaldo artıq Ten Haqı da bezdirib

Mendinin qeyri-adi seks macəraları

İtaliyadan İngiltərəyə yollandı

Ramos Mbappe ilə Neymarı barışdırdı

Tribunalar doldu-daşdı, qələbə bizdən uzaq qaçdı - YAZI

Bütün xəbərlər