• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"AFFA-nın qərarı ədalətlidi, ya ədalətsiz, müzakirə etməyəcəyəm" - "Araz-Naxçıvan"ın rəsmisi

1-ci liqa

1-06-2022, 14:0

“Hər keçirilən tədbir, festival təcrübə deməkdi. Bizim də bu işləri gördükcə təcrübəmiz artacaq. Çatışmazlıqları aradan qaldıracağıq. Bu, ilk deyil, bundan sonrakı dönəmlərdə də sizi Naxçıvanda görməyə şad olarıq”.


"Football-plus.az" xəbər verir ki, bunu Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev deyib.

Federasiya rəsmisi Naxçıvanda təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb...

- “Araz Naxçıvan” 1-ci diviziona əvvəlcədən hazırlaşırdı? Naxçıvan Azərbaycan futbol arenasına necə hazırlaşır?
- Yanvarda yenidən “Araz Naxçıvan” və federasiyanın struktur dəyişikliyindən sonra layihə hazırlandı. Biz tək “Araz Naxçıvan” komandasının yox, klub olaraq inkişaf etmək istədik. Uşaq futbol akademiyasının açılması, yeni formalar, regionlarda klubun filiallarının açılmasına da çalışırıq. Qarşıdakı 10 ildə inkişaf etmək, hədəflərə doğru irəliləmək niyyətindəyik. Peşəkar klub səviyyəsinə çatmaq üçün addımlar atırıq. Hədəfimiz klubu premyer-liqaya çıxarmaqdı. AFFA və PFL rəhbərliyi ilə görüşdükdən sonra qərar verildi ki, bir il birinci divizionda oynayaq. Premyer-liqada şərtlər başqadı. Düşündük ki, bir il az deyil və qısa müddətdə ən azı məşq meydançaları düzəldə bilərik, aşağı yaş qruplarından ibarət komandalar formalaşdırarıq. Danışıqlardan sonra qərar verdik ki, birinci divizionda oynayaq. Müraciətlərimiz oldu, qəbul etdilər. “Araz Naxçıvan”ın 55 iliyinə gəldikdə, festivalı uşaq futboluna həsr etmişik. Bütün işlərimiz uşaq futbolunun inkişafına yönələcək. Hər kəs “Araz Naxçıvan” üçün stimul, motivasiya olacaq. Şəhərdə hər yer ağ-qırmızıya boyanıb. Həyəcan bir aydır davam edir. İnanırıq ki, bundan sonra da futbol kütləvilik alacaq. “Araz Naxçıvan”ı yaxşı yerə gətirmək üçün layihələri genişləndirəcəyik.

- Uzunoba təlim-məşq bazası haqda nə deyəcəksiz?
- 17 oyun qaydası var, onlardan biri də meydança amilidi. Bizə meydançalar lazımdı. Bu layihəni bir il əvvəl hazırladıq. Akademiyanı şəhərdən kənara çıxarmaq istədik. Orada boş ərazilər çoxdu. Oralar gələcək üçün düzəldilir, daha böyük meydançaların tikilməsi üçün addımlar atılacaq. Baza bir ildi açılıb. Sadəcə, uşaqlar üçün təlim-məşq bazası kimi nəzərdə tutulub. 14 yaşa qədər olan uşaqların məşq etməsini nəzərə alırıq. Çimərlik futbolunun da inkişafına layihələr var. Orada yenidənqurma olacaq. Federasiyanın görəcəyi işlərindən biri də futzal növü ilə bağlıdır. 24 komandanın iştirakı ilə çempionat keçirmişik. Pandemiyaya görə yarımçıq qaldı. Bundan sonra keçirəcəyik.

- “Araz Naxçıvan”a maliyyə yardımı olacaq?
- Güclü maliyyə dəstəyi lazımdı. Eyni zamanda dəstəyin davamlılığı. “Araz Naxçıvan”ın idarə heyətində 4 iş adamı var. Naxçıvanda günü-gündən iqtisadi inkişaf davam edir. Bunun da nəticəsi kimi Naxçıvan futbolu bir yerlərə gəlməlidi. Biz maliyyə dayanıqlığını hiss edirik. 10 illik plan, proqram az deyil. Günün tələblərinə uyğun olaraq, ildən-ilə yüksəlmək istəyirik. Birinci divizion üçün maliyyə dayanıqlılığı bəllidi. Premyer-liqada da oynasaq, maliyyə dayanıqlılığı var. Tələblər artdıqca, mütləq maliyyə də artmalıdı.

- Daxili liqalarda oyunlar davam edəcək?
- Bəli, çempionatlarımız davam edəcək. 7 rayonumuz var və hər bir rayona bir iş adamı sponsorluq edəcək. Həvəskar komandalardı. Həmin sponsorlar komandalara şərait yaradıblar. Biz federasiya olaraq AFFA-ya da müraciət edirik. Onlar da köməyini əsirgəməyəcək. İlk mərhələ kimi həmin komandalara sponsor verildi. Region komandalarının hamısı Ədliyyə Nazirliyindən keçəcək və rəsmi komanda kimi iştirak edəcək. Buna qədər 8 komandamız var idi. Digər rayonlarda stadionların tikilməsi də nəzərdə tutulub. Bu il Naxçıvanda 4 stadiondan istifadə etdik. Bəzi rayonlarımızın stadionlarında paltardəyişmə otağında şərait qane etmədiyinə görə, Uzunobada oyunlar keçirdik, Şərur Olimpiya Kompleksində, “Araz Naxçıvan” stadionunda matçlar oldu. Ordubadda da stadion tikildi, orada da görüşlər keçirildi.

- Təhsil nazirliyi ilə əməkdaşlığınız olacaq? Xarici klublarla işbirliyi nəzərdə tutulub?
- Üç ay əvvəl AFFA-da görüş keçirdik. Bütün idman növlərinin bazası məktəbdi. Naxçıvanda futbolun inkişafı ilə bağlı inkişaf prosesi imzalanılacaq. Layihə Naxçıvanda da tətbiq olunacaq. AFFA-nın D kateqoriyalı kursları var ki, buradakı məktəblərdə məşqçilər üçün keçiriləcək. Biri artıq keçirildi. Ötən il C kateqoriyalı kurslar oldu. Artıq 14 məşqçimiz C kateqoriyası alıb. İşlər Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi ilə paralel aparılmalıdır. Digər nazirliklərlə iş aparmaq məcburiyyətindəyik. Hər bir nazirlikdə bir əməkdaş Naxçıvan Futbol Federasiyasının üzvlüyünə qəbul edilib. Yaxın günlərdə AFFA, Naxçıvan Futbol Federasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Təhsil Nazirliyi arasında memorandum imzalanacaq. Xarici klublarla əməkdaşlığa gəldikdə, ABŞ-dan geyim şirkətilə müqavilə imzalayacağıq. Həmin müqavilədən sonra 100-dən çox klubla avtomatik əməkdaşlıq etmiş olacağıq. Uşaq komandalarının bura gəlməsi planlaşdırılır, məşqçilərimizin o klublara göndərilməsi prosesi baş verə bilər. Həmin şirkət “Araz Naxçıvan” üçün geyim dəstləri göndərib. Qısa zamanda onlarla görüşəcəyik.

- Həm federasiyada, həm də klubda çalışırsınız. Bu da qaydalara ziddi. Seçim qarşısında qalsaz, nə edəcəksiz?
- Təbii ki, qaydalara ziddi. Müzakirələrimiz olub. “Araz Naxçıvan” üçün yeni prezidentin seçilməsi gözlənilir. Mənim federasiyada, yoxsa klubda davam etməyimə gəlincə, nə məsləhət olsa onu edəcəyik. Əsas odu ki, Naxçıvan futbolu qazansın. Bu da Azərbaycan futboluna öz töhfəsini verəcək. Hər bir bölgəmizdə futbolumuzun inkişafı Azərbaycan futbolunun inkişafına gətirib çıxaracaq.

- Adil Şükürov hansı vəzifədə çalışacaq?
- Adil Şükürovun gəlişi barədə rəsmi olaraq açıqlama verə bilmirik. Onunla bir neçə görüş keçirmişik. Uşaq futbol akademiyalarının olmamasından danışırıq. Hər kəs futbol təhsili, məktəbi, akademiyası deyir. Bəs bu akademiya necə olmalıdı? Bununla bağlı heç bir layihə, proyekt ortaya qoyulmayıb. Avropa təcrübəsindən yararlanırıq, amma hansı təcrübəsindən? Biz də bu akademiyanı uzunmüddətli etmək üçün uzun müzakirələr aparmalıyıq. Sürətli düşünmək üçün artıq futbolçunun beyninə girərək bunu inkişaf etdirən adamlar da var.

- 2014-cü ildə “Araz Naxçıvan” futboldan çəkildi. 7 il ərzində Azərbaycan futbolunda nə dəyişdi ki, klub yenidən futbol ailəsinə qayıtmağa qərar verdi?
- Naxçıvanda inkişaf baxımından çox şey dəyişib. Hər şeyin vaxtı var. Zaman 2022-ci ilə təsadüf etdi. Futbolçu saxlamaq böyük maliyyə tələb edir. Onun maaşı digər insanlardan qat-qat çoxdusa, həmin bölgədə etirazlar olur. 44 günlük Vətən müharibəsindən sonra ümidlərimiz daha da artdı. Zəngəzur dəhlizinin artması demək Naxçıvanın Azərbaycan futbolu ilə qaynaşmasına gətirib çıxaracaq. Biz premyer-liqada oynasaq, 8 yaş qrupumuz da Azərbaycan futboluna daxil olacaq. Biri var hava yolu ilə gedək, biri də var yaxın zonalarla yollanaq.

- AFFA 20 gün ərzində iki fərqli qərar verdi. Öncə sizi sevindirdi, daha sonra Region Liqasında texniki məğlubiyyət verildi. Sizcə, ədalətli qərar verilmişdi?
- Region Liqasına hazırlaşanda baş məşqçinin istəkləri nəzərə alınmışdı. Naxçıvanda güclü komandaların sayı o qədər çox deyil. Futbolçunun inkişafını zəif oyunlarda görə bilmərik. Ona görə də baş məşqçinin istəklərinə görə iki aylıq proqram təşkil edildi. Ərzurum toplanışı var idi, Bakıya bir neçə gün əvvəl gəldik. Həmin qərardan sonra klub rəhbəri Vüqar Abbasov otelə gedərək futbolçuları ətrafına yığıb dedi ki, siz meydançada oynadınız, qalibsiniz, amma bu oyunları yoldaşlıq görüşü kimi qəbul edin, bizə gələcəyin komandasını qurmaq lazımdı". Əgər biz bu gün peşəkar addımlar atırıqsa, gələcək üçün proqramlarımız varsa, həvəskar liqada qalmağın heç bir mənası yox idi. AFFA-nın qərarı ədalətlidi, ya ədalətsiz, müzakirə etməyəcəyəm. 10 futbolçunu qeydiyyat şöbəsinə vermişdik, 5-i qəbul olundu. Ona lisenziya verilmişdi, biz də onu oynatmışıq. “Xan Lənkəran” başqa futbolçu haqda etiraz etmişdi. Onlar Elməddin Məmmədovla bağlı etirazını bildirmişdi. Şamaxıya gedəndə yolda bizə dedilər ki, qapıçı oynaya bilər. İkinci qapıçımızı oynatdıq.
Gələcəkdə bəlkə ikinci komandamız da oldu. Məsələn, Şərur ola bilər. “Araz Naxçıvan”nın heyətinin, onsuz da, 50-60 faizini Şərur futbol məktəbinin yetirmələri təşkil edir. Orada stadionların sayı çoxdu, futbol daha çox oynanılır.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

29-05-2022, 16:0

Futbol adamları və jurnalistlər Naxçıvana səfər edəcək

Aktual / Manşet

28-03-2022, 20:0

“Araz-Naxçıvan” əcnəbi qapıçı transferinə hazırlaşır - RƏSMİ AÇIQLAMA

Aktual / Ölkə futbolu

18-05-2022, 16:0

“Xan Lənkəran” finalda

Ölkə futbolu / Manşet

1-05-2022, 18:0

“Araz Naxçıvan” Türkiyədə ikinci oyununa çıxdı - AÇIQLAMA

Aktual
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
"Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
“Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
“Mən rusam və rus kimi də qalıram” - Yevgeni Plyuşenkonun oğlu Azərbaycanı niyə seçib?
Son xəbərlər
  • Bu gün, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Bu gün, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Bu gün, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Bu gün, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Bu gün, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Bu gün, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Bu gün, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Bu gün, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Bu gün, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Bu gün, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Bu gün, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Bu gün, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Bu gün, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Bu gün, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Bu gün, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Bu gün, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Bu gün, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • Dünən, 23:25
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • Dünən, 23:13
    Velko Simiç daha 2 il “Sabah”da
  • Dünən, 22:02
    "Şamaxı" daha bir futbolçunu yola saldı
  • Dünən, 21:46
    “Mən rusam və rus kimi də qalıram” - Yevgeni Plyuşenkonun oğlu Azərbaycanı niyə seçib?
  • Dünən, 20:35
    Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad etdilər
  • Dünən, 20:03
    Güləşçilərimiz Xorvatiyada iki medal qazandı
  • Dünən, 19:03
    "Sabah" akademiyasının Qusar seçmələri başa çatdı
  • Dünən, 17:56
    “Tovuz stadionunda iş başa çatmayıb” – Nəsimi Paşayev
  • Dünən, 17:25
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 16:54
    “Liverpul”u tərk edəcək
  • Dünən, 16:23
    AFFA-nın təşkilatçılığı ilə Xankəndində sosial aksiya keçirildi
  • Dünən, 15:58
    "Qəbələ" üç futbolçu ilə yolları ayırdı
  • Dünən, 15:26
    Dünya çempionatını buraxacaq
  • Dünən, 14:54
    Napalkova karyerasını "Gəncə"də davam etdirəcək
  • Dünən, 14:09
    “Yeni mövsümdən doğma meydanda çıxış edəcəyik” – Gəray Qiyasov
  • Dünən, 13:58
    Marseldən Milana qayıdacaq
  • Dünən, 13:14
    "Zirə"nin legioneri 6-8 ay oynamayacaq
  • Dünən, 12:50
    “Araz-Naxçıvan” iki futbolçu ilə yeni müqavilə bağladı
Daha çox
Oxunub: 402
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 265
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 209
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 205
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 196
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 165
“Şəfa” Elgiz Kərəmlini göndərdi – “sadəcə, sənəd üzərində hələ də...”
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə