“Qarabağ”ın heyətində yer alan futbolçuların, demək olar ki, hamısı özünü yaxşı tərəfdən göstərə bildi.

Bura gənclər də daxildi. Əsasən də Musa Qurbanlı həmyaşıdlarından bir addım öndə idi desək, yanılmarıq. 20 yaşlı forvard bu mövsüm ağdamlıların heyətində meydana çıxdığı 23 görüşdə 9 qol vurdu, 7 məhsuldar ötürmə ilə yadda qaldı.

Bəziləri deyir ki, Qurban Qurbanov oğluna çox şans vermir. Əks halda Musa özünü daha yaxşı tərəfdən göstərə bilərdi. Gənc futbolçunun bu haqda nə düşündüyü maraq doğurmaya bilməz. Həm mövsümü dəyərləndirməsi, həm də qaranlıq məqamlara aydınlıq gətirməsi üçün hücumçu ilə əlaqə saxladıq. Musa Qurbanlı ilə gələcəyi, milli komandadakı potensialı haqda da söhbətləşdik.

Musa Qurbanlı Qurban Qurbanovun oğlu olmasını özü üçün yük sayır?


- Birillik fasilədən sonra “Qarabağ” Azərbaycan premyer-liqasının qalibi oldu. Hansı hissləri keçirirsən?
- Çox sevincliyik. Ötən il çempion ola bilməyəndə çox məyus idik. Mövsümün əvvəlindən sonda sevinən tərəf olmaq istəyirdik. Hər oyuna əzmkarlıqla çıxırdıq. Şükürlər olsun ki, çempion olmağı bacardıq, məqsədimizə çatdıq. Bununla kifayətlənmək fikrimiz yoxdu. Başqa məqsədlərimizə də çatmağa davam edəcəyik.

- Builki performansını necə dəyərləndirirsən? Bəzilərinə görə çox yaxşı çıxış etdin. Hətta ehtiyatda qalanda belə azarkeşlər matçlar əsnasında və sonunda tribunaya səsləyib, alqışlayırdılar. Bu haqda fikirlərini bilmək maraqlı olardı...
- Düşünürəm ki, pis alınmadı. Etməli olduğum şeyləri etdim. Oynamağa məcburam. Bu mənim işimdi. Maksimum performans sərgiləməli və qol vurmalıyam. Çünki hücumçuyam və əsas işim fərqlənməkdi. Düşünürəm ki, öhdəmə düşən şeyləri etdim. Qol vurmaq və yaxşı oynamaq boynumun borcudu. Bu səbəbdən də performansımı şişirtmək lazım deyil. Amma burdan azarkeşlərimizə xüsusi təşəkkür edirəm. Mövsümboyu mənə dəstək oldular. Onların alqışları mənə əlavə motivasiya verdi. Yenə deyirəm, qol vurmaq və yaxşı oynamaq işimdi.

- Mediada gəzən xəbərlərə görə, “Qarabağ”ı tərk etmək ehtimalın var. Avropadan, konkret Avstriyadan təklif almısan. Düzdü, onlar “Qarabağ”a müraciət etməyib. Həmin klubdan təklif olsa, getmək istəyərsən? Özünü Avropada sınamağa hazırsan?
- Vallah, bu haqda məlumatım yoxdu. Bu mövzu ətrafında da danışmamışıq. Nə klubla, nə də baş məşqçimlə nəyisə müzakirə etmişik. Amma əsas istəyim “Qarabağ”da daha böyük uğurlar qazanmaqdı. Komandanın əsas heyətində yerimi bərkitmək istəyirəm. Növbəti mövsümdən daim “11-lik”də oynamaq niyyətindəyəm. Bu mənim arzumdu. Düşünürəm ki, hər bir azərbaycanlı futbolçu bunu istəyir. Çünki “Qarabağ” Azərbaycanın ən böyük klublarından biridi. Bu səbəbdən də əsas arzum komandamda daha böyük uğurlar əldə etməkdi. Yenə də haqqımızda xeyirlisi nədisə, o da olsun.



- Futbol ictimaiyyətində, mediada, sosial şəbəkələrdə hamı bunu müzakirə edir. Musa Qurbanlı üçün Qurban Qurbanovun oğlu olmaq əlavə yükdü, yoxsa məsuliyyət?
- Əlbəttə, bu, üzərimə hardasa əlavə məsuliyyət qoyur. Daha yaxşı olmağıma təkan verir. Ümumilikdə vəziyyəti yük kimi dəyərləndirmək istəməzdim. Bəlkə də bəzi məqamlarda yük olur. Amma bunu öz üzərimdə yük kimi qəbul etmirəm. Özüm üçün qeyd etdiyiniz məqamı daha böyük məsuliyyət sayıram. Bu səbəbdən əlimdən gələni edirəm ki, daha yaxşı olum.

- Bu mövsüm U-21-in heyətində də yetərincə yaxşı oyun sərgiləmisən. Qarşıda komandanı gözləyən üç oyunla bağlı nə düşünürsən?
- İstərdim ki, indiki oyunlara kimi də yaxşı nəticələr əldə edək. Qalan 3 matçda maksimum xal qazanmaq arzusundayıq. Hamıya bəllidi ki, bütün futbolçular meydanda çıxanda qələbə qazanmaq istəyir. Mümkün deyil ki, kimsə bunu arzulamasın. Bəzi hallarda elə şeylər olur ki, bunu bacarmırıq. Bəlkə də rəqibin ustalıq səviyyəsi buna mane olur. Bəzi hallarda isə oyunumuz alınmır. Amma hər qarşılaşmaya istək və əzmkarlıq ilə çıxırıq. Düzdü, bu, məğlub olanda fərqli görünür. Əmin ola bilərsiz ki, həmişə əlimizdən gələni edirik. Qalan üç oyunda ölkəmiz, millimiz üçün meydanda vuruşacağıq.

- Qurbanovlar soyadı Azərbaycan futbolunda xüsusi çəkiyə malikdi. Əmin Musa Qurbanov, atan Qurban Qurbanovdu. Onların hər ikisi ölkə futbolunun əfsanələrindəndi. İndi sıra səndədi. Atanla əminin layiqli davamçısı olmaq üçün nələr edəcəksən?
- Mən nə edə bilərəm? Çalışacam ki, məşqlərdə maksimum özümü yaxşı tərəfdən göstərim. Fikrimi ancaq futbola yönəldim. Öz üzərimdə məsuliyyətlə işləyim. İnşallah, maksimum inkişaf etməyə çalışacam. Həm ailəmizin bir üzvü, davamçısı kimi maksimum uğur qazanım, həm də ölkə futboluna, milliyə istənilən səviyyədə fayda verim.



- Bəziləri deyir ki, “Qarabağ”ın futbolçuları millinin heyətində istənilən səviyyədə çıxış etmir. Amma səni bu siyahıdan kənarda saxlayırlar. Çünki 21 yaşadək futbolçulardan ibarət milli komandada özünü yaxşı tərəfdən göstərirsən. Sənin üçün “Qarabağ”da çıxış etmək daha asandı, yoxsa yığmanın heyətində?
- U-21-də öz yaşıdlarımla oynayıram. Əlbəttə, “Qarabağ”da rəqabət daha böyükdü. Çünki keyfiyyətli legionerlər var. Çempionlar Liqasına hazırlaşırıq. Komandanın heyətinə daim yeni futbolçular cəlb olunur. Bu da normaldı. Çalışıram ki, daim əlimdən gələni edim. Bu rəqabətdə sınmaq, məğlub olmaq istəmirəm. Amma “Qarabağ”ın futbolçuları həmişə yığmada özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Orda təkcə mən kənarda qalmamalıyam. Hamısı dostlarım, qardaşlarımdı. İnanırsız, biz millidə daha çox can qoymağa çalışırıq. Çünki burda ölkəmizi təmsil edirik. Sizi əmin edə bilərəm ki, belə şey mümkün deyil. “Qarabağ”ın futbolçularının millidə oynamamaq kimi istəyi olmayıb. Bilərəkdən zəif oynamaq halları heç olmayıb. Yenə deyirəm, yığmada daha çox can qoyuruq ki, ölkəmiz üçün oynayırıq.

- “Qarabağ”ın yenidən Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması mümkündü?
- Arzumuz, istəyimiz budu. Bunun üçün çalışırıq. Döyüşüb, vuruşub, Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaq istəyəcəyik.

İLKİN SULTANLI

Son xəbərlər

"Real” superkuboku başı üzərinə qaldırdı

Zaniolo "Tottenhem"ə keçmədi

Dadaşovun bərabərlik qolu - VİDEO

Renat Dadaşov komandasını məğlubiyyətdən xilas etdi

Baneqa La Liqa yolunda

Abakarov gümüş medal qazandı - KONYA-2021

"Sumqayıt"dan yeni transfer

"Növbəti mərhələyə adlasaq, hər cür söz verəcəm" - Laurentsiu Regekampf

İdmançılarımızdan daha iki medal - KONYA-2021

“Bizi çətin oyun gözləyir” - Yusuf Laval

“Bizi çətin oyun gözləyir” - Yusuf Laval

Güləşçilərimizdən 3 qızıl medal - KONYA-2021

"Neftçi" ilə oyun maraqlı olacaq" - Patrik Qrayl

"Neftçi"nin özünəməxsus oyun tərzi var" - "Rapid"in baş məşqçisi

Millimizdən 5-ci medal - KONYA-2021

"Neftçi"dən azarkeşlərə müraciət

"İnter"dən "Sassuolo"ya

"Nyukasl" "Çelsi"nin futbolçusunu istəyir

"Qəbələ"dən növbəti transfer

Mariya Stadnik finalda

Leyla Əliyeva güləşçilərimizin çıxışlarını izləyir

PSV-nin futbolçusu "Mançester Yunayted"ə keçə bilər

Hacı Əliyev gümüş medalı təmin etdi

Millimiz Əfqanıstana qalib gəldi

"Neftçi" səfər oyunlarında problem yaşayır" - "Rapid"in baş məşqçisi

"Heyətimizə əsasən gənclər dəvət olunub" - Millimizin üzvü

"Qarabağ" - "Viktoriya" matçının vaxtı açıqlandı

"Qarabağ"ın qələbəsində gözlənilməz heç nə yoxdu" - Yuri Syomin

FFF Qaltyenin PSJ ilə müqaviləsini tanımadı

İngiltərə premyer-liqasının ilk turunda qeydə alınan maraqlı faktlar

“Real”dan “Jirona”ya keçdi

Silva Barselonada ev axtarır

“Napoli” Ruisi də itirir

"Qarabağ"ın rəqibi pleyy-offa belə yüksəldi - VİDEO

Millimiz oynamadan qələbə qazandı - İslam Oyunları

Sahil Babayev boks millisinin üzvləri ilə görüşdü - FOTOLAR

"Misli" ilə PFL arasında müqavilə imzalandı

Kadi Borges bu göstəricidə birincidi - Çempionlar Liqası

“Ayntraxt”ın ilk, “Real”ın 8-ci cəhdi - YENİLƏNİR

"Daha çox "Ferentsvaroş"la oynamaq istəyirdim" - "Viktoriya"nın baş məşqçisi

"Qarabağ" bu göstəricilərlə ÇL-də birincidi - Statistika

"Belə tez dağılmamalı idik" - "Ferentsvaroş"un futbolçusu

"Neftçi" Avstriyaya yola düşdü

"Hələ Çempionlar Liqasında oynamağa hazır deyilik" - "Ferentsvaroş"un futbolçusu

"Qarabağ"ın qələbəsi Azərbaycanın xalını artırdı

Bütün xəbərlər