• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Şamaxı” heyətin 60 faizi ilə vidalaşıb - MÜSAHİBƏ

Manşet / Müsahibə

28-05-2022, 09:0

“Şamaxı”nın İdarə Heyəti Rüstəm Əliyevin baş məşqçi vəzifəsinə təyin olunmasına qərar verib.

Bölgə təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, 35 yaşlı mütəxəssislə növbəti mövsümün sonuna qədər müqavilə bağlanıb. Əliyev Sənan Qurbanovun istefaya göndərilməsindən sonra, aprelin 16-dan komandaya rəhbərlik edir. “Şamaxı” iki futbolçusuyla da anlaşdığını açıqlayıb. Müdafiəçi Rəhman Daşdəmirov və moldovalı qapıçısı Stanislav Namaşko daha 1 il komandanın uğurları üçün çalışacaq.

Dünən Rüstəm Əliyevlə əlaqə saxlayıb, bu və başqa məsələlər ətrafında söhbətləşdik.

- Növbəti mövsümdə komandanın qarşısına hansı hədəflər qoyulub?
- "Şamaxı" "Keşlə"adı altında çıxış etdiyi vaxtlarda ölkə futbolunda uğurları ilə tarix yazıb. Komanda iki dəfə çempionatın, iki dəfə ölkə kubokunun, bir dəfə isə "Birlik kuboku"nun qalibi olub. Titullar qazanan komandanı yenidən iddialılar sırasına qaytarmaq istəyirik. Növbəti mövsümə təcrübəli yerli futbolçular, legionerlər və gənclərdən ibarət döyüşkən komanda ilə başlayacağıq. Hədəf çempionatda ilk “4-lüy”ə düşmək və kubokun qalibi olmaqdı.

- Komandanı tərk edən futbolçular çoxdu?
- Heyətin 60 faizi ilə yolları ayırdıq. "Qəbələ"yə keçən İlkin Qırtımovla yanaşı, Kamal Bayramov, Amil Yunanov, Tural Axundov, Tərlan Quliyev, legionerlərdən Natan Oduva və Aldair Neto ilə də vidalaşdıq. Xidmətində maraqlı olduğumuz futbolçularla isə danışıqlar davam edir.

- Stanislav Namaşkodan başqa hansı legioneri heyətdə saxlayacaqsız?
- Sadio Tounkara, Felipe Santos bizimlə davam edəcək. Franko Flores və Merab Qiqauri ilə danışıqlar davam edir. Qalan legionerləri yola saldıq.

- Bəs aparıcı oyunçularınızdan Rəhman Hacıyevin taleyi necə olacaq?
- Onunla da danışıq aparırıq. Rəhmanın komandada qalmasını çox istəyirəm.

- 35 yaşlı Namaşkonun əvəzinə yerli qapıçı ilə davam etmək olmazdı?
- Qapı xətti elə mövqedi ki, ora mütləq təcrübəli qolkiper cəlb olunmalıdı. Namaşko yetərincə təcrübəli, güclü qapıçıdı. Moldova millisinə də dəvət alır. Amma bu o demək deyil ki, yalnız onunla kifayətlənəcəyik. Gənc əlcək sahibi Əkbər Vəliyevə də şans verəcəyik. Hazırda daha bir yerli qapıçı ilə danışıq aparırıq. Adını indidən açıqlamaq istəmirəm. Bir neçə gündən sonra məsələyə aydınlıq gələcək.

- Anatole Abanqı yenidən komandaya qaytarmaq planda var?
- Xeyr, onun xidmətində maraqlı deyilik.

- Legioner axtarışını Azərbaycanda, yoxsa ölkə xaricində aparırsız?
- Ölkə xaricində. Qapı xəttindən başqa hər mövqeyə namizəd axtarırıq. Bir neçə futbolçunu yaxından izləyirik.

- Əsas komandadan fərqli "Şamaxı-2" daha yaxşı çıxış edərək 1-ci divizionda gümüş medal qazandı. Əvəzedicilərdən hansısa gənci heyətə cəlb edəcəksiz?
- Biz həmişə akademiyamızın yetişdirdiyi gənclərin inkişafında və daha çox oynamasında maraqlıyıq. Əvəzedicilərdən 4 futbolçunu əsas komandaya cəlb etmişik. Düşünürəm ki, özlərini yaxşı tərəfdən göstərəcəklər.

- Komanda birdəfəlik Bakıdan köçəcək, yoxsa məşqləri yenə Bakıda, ev oyunlarını Şamaxıda keçirəcəksiz?
- Bu haqda hələ konkret nəsə deyə bilmərəm. Düşünürəm ki, yaxın günlərdə məsələyə aydınlıq gələcək.

- AFFA İcraiyyə Komitəsi legioner limitini dəyişmədi, U-21 limitini ləğv etdi, 5 əvəzetməyə keçmədi. Qərarlara münasibətiniz?
- Legioner limitinin "6+5" formatında saxlanılmasını doğru sayıram. Meydana daha çox legioner buraxmaqla yerli futbolçuların inkişafına zərbə vurmuş olarıq. Odu ki, azərbaycanlı futbolçuların taleyini də düşünmək lazımdı. Gənc futbolçunu oynatmağa gəlincə, perspektivi, istedadı olanlar limitin olub-olmamasından asılı olmayaraq, şans qazanıb özünü meydanda sübut edəcək. Əvəzetmənin isə beşə qaldırılmasının tərəfdarıydım. Bundan futbolumuz xeyir görər. Amma yenə də İcraiyyə Komitəsinin qərarına hörmət etməliyik.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

24-05-2022, 16:0

"Şamaxı"nın yeni baş məşqçisi məlum oldu

Premyer-liqa

24-05-2022, 17:0

Namaşko daha bir il Azərbaycanda - RƏSMİ

Ölkə futbolu / Manşet / Günün xəbəri

22-05-2022, 19:0

“Şamaxı”nın yeni baş məşqçisi məlum oldu - ÖZƏL

Ölkə futbolu

31-03-2022, 20:0

Şamaxıda “Şamaxı” üçün şadyanalıq təşkil olunacaq

Premyer-liqa / Manşet

21-05-2022, 14:0

"Turan Tovuz" "Şamaxı"nın futbolçusunu istəyir - ÖZƏL

Premyer-liqa

16-04-2022, 18:0

"Şamaxı"dan antirekord

Aktual
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
Son xəbərlər
  • Bu gün, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Bu gün, 12:00
    "Neftçi" "Dinamo-Minsk"ə qarşı - YENİLƏNİR
  • Bu gün, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Bu gün, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Bu gün, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Bu gün, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 231
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 188
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 130
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə