• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ten Haq “Mançester Yunayted”də nəyi dəyişəcək? - MÜSAHİBƏ

Manşet / Müsahibə

27-05-2022, 18:0

“Mançester Yunayted”in mövsümdəki son oyununu (“Kristal Pelas” – 0:1) izləyənlər arasında yeni baş məşqçi Erik ten Haq da var idi.

Niderlandlı mütəxəssisin təəccübü üzündən oxunurdu, sanki “gəlib hara düşmüşəm” deyirdi. Hər halda, yolun yarısından qayıtmaq olmaz. Hələ apreldə 52 yaşlı mütəxəssislə anlaşdığını elan edən MY mayın 23-də yeni baş məşqçisini ictimaiyyət önünə çıxardı. Ten Haq “Old Trafford”da fotosessiyaya qatıldı və mətbuat konfransı keçirdi. İndi oxuyacağınız müsahibəni isə klub telekanalının əməkdaşı Pien Myolenstenə verib.

- Özünüzü necə hiss edirsiz?
- Həyəcanlıyam. Böyük klub, böyük perspektivlər...

- Sizi hər şeydən çox nə narahat edir?
- Çox şey. Azarkeşləri qürurlanmağa məcbur etmək istəyirik. İndi çətin vəziyyətdəyik, ancaq vahid komanda qurmalıyıq. Elə komanda ki, həm nəticə qazansın, həm də hücum futbolu oynamaqla publikanı əyləndirsin.

- “Ayaks”da çempionluğu qazanandan dərhal sonra bura gəldiz. Niyə belə tez?
- İndi vaxtım var, adamlarla görüşmək, yeni mövsümə hazırlaşmaq, yeni mövsüm üçün komandanı, assistentləri və strategiyanı hazırlamaq istəyirəm.

- İnkişafla bağlı uzunmüddətli planlarınız çoxlarının xoşuna gəlir. Nəyisə bölüşə bilərsizmi?
- Klub əvvəlki mövsümdə 2-ci yeri tutub ki, bu da çox şeyin mümkün olduğunu göstərir. Sadəcə, öz fəlsəfəmizi yeritməliyik.

- Bəs qısamüddətli perspektivlər hansılardı?
- Hələ ki fasilədi (gülür). İyunun 27-dən sonra mövsümöncəsi hazırlığa başlayırıq. Əlbəttə, bəzi mövqelərdə bizə yeni oyunçular lazımdı, ancaq bu komanda ilə çalışmaq imkanını səbirsizliklə gözləyirəm.

- İndiki oyunçularla işləmək istərsizmi?
- Hə, əlbəttə. “Ayaks”da 4,5 il oldum, indi hər şeyə yenidən başlamaq lazımdı.

- Oyunçuların növbəti mövsüm də burda qalmağa layiq olduğunu göstərməsi onların özləri üçün nə dərəcədə vacibdi?
- Sözsüz, mən bunu gözləyirəm. İlk növbədə özümlə bağlı gözləntilərim çoxdu. Futbolçulara gəlincə… Mənim üçün “yaxşı” kifayət deyil, biz böyük hədəflərə can atmalıyıq.

- Bu qərarı qəbul etməmiş Edvin van der Sarla danışıbsızmı?
- Hə, əlbəttə. Edvin MY-yə getdiyimi dediyim adamlar sırasında birincilərdən idi. O hələ də “Mançester Yunayted”in əsas azarkeşidi. Biz “Ayaks”a qarşı oynamayanda həmişə məni dəstəkləyəcək.

- Klubumuz möhtəşəm tarixə malikdi. Bütün bunlarla yaxından tanış olmaq istəyirsizmi?
- Əlbəttə, “Yunayted”in tarixini bilirəm, komandanın yaxşı, elit, dünya futbolunda dominantlıq etdiyi dönəmləri bilirəm. Basbini, Çarltonu tanıyıram. MY Ferqyusona qədər də böyük klub idi. Komandanın son dəqiqəyə qədər mübarizə aparması məni hər şeydən çox valeh edir.

- “Yunayted”ə qarşı və ya “Old Trafford”da heç vaxt oynamamısız. Həyəcanlısız?
- Sözsüz. Burdakı atmosfer və fanatlar möhtəşəmdi.

- “Old Trafford”un tunelindən çıxarkən emosiyalarınız necə olacaq?
- Bilmirəm, bunu yaşamaq lazımdı. Ancaq buna əminəm ki, uğur qazanmaq üçün əlimdən gələni edəcəm.

- Premyer-liqada komanda çalışdırmağı həmişə istəmisiz?
- Mən xəyalpərəst deyiləm, indiki günlə yaşayıram. Özümü tamlıqla işə verirəm və məntiqli qərarlar qəbul edirəm. Bizə yaxşı konsepsiya və doğru adamlar lazımdı. Və gündəlik çətin iş. Belədə uğur gəlir və yeni imkanlar açılır.

- “Ayaks” haqda danışaq. Yaxınlarda bu komanda ilə ardıcıl üçüncü titulu qazandız. Bu nə dərəcədə vacib idi?
- Əsas olan budu, titullardı. 4,5 il əvvəl bu layihəyə başlayanda PSV ilə “Feyenoord” zirvədə idi. Ancaq hədəfimizin öhdəsindən gəldik və “Ayaks”ı zirvətə qaytardıq. Hədəflərimdən biri də Avropada ciddi tərəqqiyə nail olmaq idi. Çempionlar Liqasında yarımfinala çıxa bildik, yaxşı oyun göstərdik, düşünürəm ki, hər kəs bundan razı qaldı.

- “Ayaks”dakı ən böyük uğurunuz hansıdı?
- Çox güman, Çempionlar Liqasındakı çıxış və həmin yarımfinal.

- Sizin üçün hansısa bir ayrıca oyun varmı ki, baxasız və deyəsiz: “Mən də komandamın məhz belə oynamasını istəyirəm”?
- Əlbəttə, belə oyunlar var. Ancaq heç vaxt komandaları müqayisə etməyə dəyməz. Biz həmişə öz şərtlərimizi, üslubumuzu və oyunumuzu diqtə etməyə çalışmışıq. “Mançester Yunayted”lə də belə oynamaq istəyirəm. Ancaq enində-sonunda hər şey konkret şəxslərin bacarığından asılıdı. Futbolçular necə hərəkət etmək istədiklərini müəyyənləşdirməlidilər.

- Komandalar “Old Trafford”a gələrkən az qala həyatlarının ən vacib oyununu keçirirlər. “Ayaks”da da belə idi?
- Əlbəttə, həm “Bavariya”nın gənclərində, həm də “Ayaks”da belə olub. Biz buna hazır olmalıyıq. Həmişə rəqibdən daha artıq dərəcədə qələbəyə can atmalıyıq.

- Bir qədər dərindən baxsaq, “Yunayted”lə “Ayaks” arasında oxşarlıqlar çoxdu. Böyük tarix, öz yetirmələrinə bel bağlamaq, hücum futbolu – siz də bunu hiss edirsizmi?
- Bəli, əlbəttə. Və sizin rəqiblərin köklənməsi haqda dedikləriniz. “Arzuların teatrı”nda publikanı əyləndirməliyik. Yüksək pressinq tətbiq etməklə hücum üslubunda oynamağımız lazımdı. Bu oxşarlığı mən də görürəm. Təbii ki, “Ayaks” kimi, “Yunayted”in də akademiyanın istedadlarına güvənməklə bağlı böyük ənənəsi var.

- “Ayaks” və “Yunayted” öz ideyaları olan böyük klublardı. Öz fəlsəfənizi yeritmək nə dərəcədə vacib olacaq?
- Mənim yox, “Mançester Yunayted”in üslubunda oynamaq lazımdı! Hücum futbolu üslubunda! Elə struktur qurmalıyıq ki, bizə hücum futbolu oynamağa və rəqiblər üzərində dominantlıq etməyə imkan versin.

- “Ayaks”ını “döyüş maşını” kimi təsvir etmisiz. “Yunayted”də də bunu istəyirsizmi?
- Həmişə. Karyeram boyunca oyunçularıma münasibətdə sərt tələblərim olub. Son saniyəyə qədər döyüşməlidilər. Bir qədər əvvəl dediyim kimi, mənim üçün “yaxşı” kifayət deyil, biz rəqibdən üstün olmalıyıq.

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-04-2022, 22:0

"Mançester Yunayted"də yeni baş məşqçi

Dünya futbolu

14-03-2022, 17:0

"Mançester Yunayted"dən rekord

Dünya futbolu

24-04-2022, 14:0

Qvardiola ''Yunayted''in yeni məşqçisini təriflədi

1-ci liqa

23-04-2022, 18:0

“Ayaks”ı yeni mövsümdən kim çalışdıracaq?

Dünya futbolu

11-04-2022, 10:0

Van Persi "Mançester Yunayted"ə yox dedi

Dünya futbolu

12-04-2022, 18:0

Ten Haqın təyinatı tezliklə açıqlanacaq

Aktual
Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
“Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
"Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
Son xəbərlər
  • Bu gün, 13:53
    Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
  • Bu gün, 13:37
    DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
  • Bu gün, 13:07
    Andrade "Qarabağ"dan Ukrayna klubuna getdi - RƏSMİ
  • Bu gün, 12:36
    Bülənt Korkmaz bu klubu superliqaya qaytarmağa çalışacaq
  • Bu gün, 12:15
    "Qarabağ" "Tirol"a qarşı
  • Bu gün, 11:54
    Muslera Uruqvayı məhv etdi - Byelsa özünü yıxıb-sürüdü!
  • Bu gün, 11:23
    Milandan Turinə yollana bilər
  • Bu gün, 10:52
    Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
  • Bu gün, 10:31
    Anri, İbrahimoviç və Mata Türkiyənin qələbəsi haqda nə dedi?
  • Bu gün, 10:00
    İki şahmatçımız dünya çempionu oldu
  • Bu gün, 09:18
    Muslera Uruqvayı qrupda saxladı, İranın pley-off şansı qalır - DÇ səhəri
  • Bu gün, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Bu gün, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Bu gün, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • Dünən, 23:50
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
  • Dünən, 22:40
    "Neftçi" Tuptanı tapdı
  • Dünən, 22:00
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 21:27
    “Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
  • Dünən, 20:57
    "Sabah"ın "Nyu Seynts"ə qarşı matçlarının hakimləri
  • Dünən, 20:26
    Mançesterdən Madridə yollandı
  • Dünən, 19:51
    ABŞ-nin məşqçisi nədən narazı qaldı? - ''Sanki Türkiyə davam edir, biz evə qayıdırıq''
  • Dünən, 19:20
    Vaci ilə yeni müqavilə
  • Dünən, 18:59
    Təntənəli çəkiölçmə mərasimi baş tutdu -UFC Bakı
  • Dünən, 18:27
    "Qarabağ"ın yeni futbolçusundan paylaşım
  • Dünən, 17:56
    "Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
  • Dünən, 17:29
    Elman Himayətoğlunun vəzifəsi artırıldı
  • Dünən, 16:58
    Bəhlulun durumuyla bağlı son xəbər - yaşıl meydana nə vaxt qayıdacaq?
  • Dünən, 16:37
    Karyerasını başa vurdu
  • Dünən, 16:16
    "Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
  • Dünən, 15:59
    Cüdoçumuz bürünc medal qazandı
  • Dünən, 15:28
    ''Fənər''in sabiq baş məşqçisi Türkiyədə saç əkdirdi
  • Dünən, 14:57
    Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
  • Dünən, 14:36
    "Səbail"dən daha bir transfer
  • Dünən, 14:15
    Aparıbsansa, oynat! Oynatmırsansa, niyə aparıbsan? - Kristiansen Millerin taleyi ilə oynayır...
  • Dünən, 13:58
    Vernidub daha iki il "Neftçi"də
Daha çox
Oxunub: 362
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 312
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 267
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 265
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 217
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə