Noyer yeni müqavilə üzrə prosesdən danışdı

9.05.2022 18:17 450
Dünya futbolu
Manuel Noyer kulbu ilə danışıqlar prosesinin gedişi haqda fikrini bildirib.

Bir neçə gün əvvəl onun “Bavariya” ilə yeni müqavilə mövzusunda prinsipial razılığa gəlməsi ilə bağlı xəbər yayılmışdı. Məlumatda təcrübəli futbolçunun tezliklə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmaya qol çəkəcəyi bildirilmişdi. “Bavariya”da 2011-ci ildən çıxış edən 36 yaşlı qapıçı bu barədə qısa açıqlama verib:

“Danışıqlar çox yaxşı məcrada gedir. Bizim yeni müqaviləni reallaşdırmaq üçün kifayət qədər vaxtımız var”.