• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yaşar Vahabzadə: "Qalıb-qalmayacağım bilinmir" - MÜSAHİBƏ

Manşet / Müsahibə / Günün xəbəri

23-05-2022, 10:0

"Kəpəz"in yeni mövsümdən premyer-liqada çıxış edəcəyi bəllidi.

Buna baxmayaraq, klub ətrafında qalmaqallar, söz-söhbət səngimək bilmir. Gəncəli azarkeşlər Yaşar Vahabzadənin istefasını tələb etsə də, yayılan söz-söhbətə görə, 62 yaşlı mütəxəssis postunu tərk etməyəcək və elitada “sarı-göylər”i çalışdıracaq. Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Yaşar bəylə söhbətləşdik.

- Əvvəlcə başa çatan mövsümü dəyərləndirməyinizi istərdik.
- Birinci dövrədə komanda normal çıxış etdi, üst pillələrdə qərarlaşmışdıq. Ancaq ikinci dövrədə istədiyimiz alınmadı. Gözlənilməz xal itkiləri bizi aşağı yerlərə yuvarladı. Məşçqçilər korpusu ilə birgə uğursuz oyunları təhlil edib, harda səhv etdiyimizi araşdırmağa çalışırdıq. Bizə bəlli olan müəyyən səbəblər yaşandı ki, mövsümü mükafatçılar sırasında başa vurmağımıza imkan vermədi.

- Müəyyən səbəblər dedikdə nəyi nəzərdə tutursuz? Maliyyə problemi ilə üzləşdiz, futbolçular zəif oynadı, yoxsa kənar müdaxilələr komandanın uğurlu seriyanı davam etdirməsinə mane oldu?
- Açığı, ikinci dövrədə bəzi futbolçularımız bacarıqlarından aşağı oynadılar. Düzdü, son turlarda komanda toparlana bilmişdi. Ancaq ikinci dövrənin gedişində itrdiyimiz xallar sonda bizə baha başa gəldi. Cavid İmamverdiyevin zədələnməsi və demək olar, qışdan sonra meydana çıxmaması da özünü göstərdi. Cavid oynayanda hücumlarımız daha kəsərli alınırdı, təcrübəli oyunçu kimi kollektivi arxasınca apara bilirdi.

- Yayılan xəbərlərə görə, premyer-liqada da “Kəpəz”in “sükanı arxasında” siz olacaqsız...
- Bu suala hələ aydınlıq gəlməyib. Növbəti həftə iclas keçiriləcək. Həmin toplantıda baş məşqçi postunda qalıb-qalmayacağım bilinəcək. Son turdan sonra Bakıya gəlmişəm, hazırda istirahətdəyəm. Məsələhət bilsələr, Gəncədə qalıb işimi davam etdirəcəm.

- Fərz edək ki, rəhbərlik sizə etimad göstərdi. “Kəpəz” bu heyətlə elitada nəsə edə bilər?
- Birinci divizionla premyer-liqanı müqayisə etmək düzgün olmaz. Ora başqa, daha dəqiq desəm, üst səviyyədi. Bu səbəbdən komandanın güclənməyə ehtiyacı var və düşünürəm ki, məhz belə də olacaq.

- Belə çıxır, hazırkı heyətdə olan futbolçuların bəziləri ilə yolları ayıracaqsız?
- Bu, futbolun qanunudu. Komandadan ayrılan da olur, yeni cəlb olunan da. İşimi davam etdirməli olsam, perspektivli yerli gəncləri saxlamaq fikrim var. Əsas komanda ilə yanaşı, əvəzedicilər də olacaq. İkinci komanda gənclərin inkişafı baxımından bizə yardım edə bilər. Ümumiyyətlə, Gəncə klubu elitada çıxış edəcəyi halda, şəhərin gənc və yeniyetmələrinin başqa bölgələrə üz tutmasına ehtiyac qalmayacaq.

- Söylənilənlərə inansaq, premyer-liqada çıxış edəcəyinə baxmayaraq, “Kəpəz” əsasən gənclərdən formalaşacaq. Bu siyasətin özünü doğruldacağına inanırsız?
- Gənclərə güvənmək, onların inkişafına nail olmaq yaxşıdı. Ancaq heyəti tam cavanlardan formalaşdırmaq da yanlış addım olar. Onların yanında mütləq təcrübəli futbolçular yer almalıdı ki, nəsə öyrənə bilsinlər.

- Bəs legioner necə?
- Yenə deyirəm, qalıb-qalmayacağım hələ bilinmir. Qalsam, düşünürəm ki, komandaya əcnəbi futbolçu da dəvət olunmalıdı. Gənclərimiz təcrübəli futbolçularla yanaşı, legionerlərdən də nəsə öyrənə bilər.

- 2019-cu ildən “Kəpəz”in “sükanı arxasındasız”. Hər il də azarkeşlərlə aranızda narazılıq yaşanır. Daha doğrusu, gəncəlilər sizi istefaya səsləyir. Nə baş verir?
- Yaxşı olardı ki, bu sualı məni istefaya səsləyən azakeşlərə verəsiz. Bilmirəm, nə məsələdi. Hər il eyni vaxtda bir qrup azarkeş eyni addımı atır. Başa düşə bilmirəm, onlar nə istəyir? Özləri bunu edirlər, yoxsa başqa amillər var?

- Niyə onlarla görüşüb bu suala aydınlıq gətirmirsiz?
- Hamısı ilə olmasa da, bəzi fanklubların rəhbərləri ilə görüşüb söhbət etmişəm. Daha çox futbolçuların zəif oyunundan narazılıq edirlər. Onları narahat edən məsələ budu.

- Ancaq azarkeşlər futbolçulara yox, sizə etiraz edir, ünvanınıza “istefa” şüarları səsləndirirlər.
- Səbəbini bilmirəm. Bəli, uğursuz oyunlarımız oldu, mövsümü istədiyimiz yerdə bitirə bilmədik. Ancaq bunun səbəbi hamıya bəllidi. Özləri bunu bilə-bilə yenə günahı məndə görürlər (gülür).

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

19-05-2022, 22:0

Yaşar Vahabzadə "Kəpəz"dən ayrılır? - AÇIQLAMA

Premyer-liqa / Manşet

10-06-2022, 12:0

Bu məsələ “Kəpəz” üçün problem yaradır

Aktual
“Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Son xəbərlər
  • Bu gün, 19:55
    "Kəpəz" uduzdu, "Sumqayıt" qalib gəldi - YENİLƏNİB
  • Bu gün, 19:26
    “Turan” ölkə çempionu oldu
  • Bu gün, 18:51
    “Yusif İmanov cəzalanacaq” - Azər Bağırov
  • Bu gün, 18:25
    “Bu gün oyun haqda danışaq” – Jorj Kaşkilya
  • Bu gün, 18:14
    “Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
  • Bu gün, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Bu gün, 16:17
    Mikelsin üz sümüyü qırılıb
  • Bu gün, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Bu gün, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Bu gün, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Bu gün, 13:55
    Nərimanın komandası uduzdu
  • Bu gün, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Bu gün, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Bu gün, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Bu gün, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Bu gün, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 10:59
    25 illik həsrətə son qoydular
  • Bu gün, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Bu gün, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Bu gün, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • Dünən, 23:57
    “Real”ı kimlər tərk edəcəklər?
  • Dünən, 23:27
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • Dünən, 22:58
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • Dünən, 22:37
    Dilinin bəlasına düşdü
  • Dünən, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Dünən, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Dünən, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
  • Dünən, 20:37
    ''Zenit'' Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
  • Dünən, 20:16
    Dünya kubokunda mübarizə aparacaq boksçularımız - ADLAR
  • Dünən, 19:55
    "Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
  • Dünən, 19:24
    Milli Andorraya yenə qalib gəldi
  • Dünən, 19:00
    "Bəhramov"da izdiham: uzun növbələr, bilet almağa məcbur qalan xanım azarkeşlər... - FOTOLAR
  • Dünən, 18:56
    "Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirdi" - Fizuli Məmmədov
  • Dünən, 18:35
    "Qarabağ" - "Sabah": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 257
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 241
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 230
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 170
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 159
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 145
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə