
Ölkə futbolu
109
17.05.2022, 10:13
"Qarabağ" haqqında kitabın ingilis versiyası satışda
İtaliyalı yazar Emmanuele Culianellinin "Qarabağ" klubu haqqında yazdığı kitabın ingilis versiyası satışa çıxarılıb.
"Football-plus.az" xəbər verir ki, yazar bu barədə tviterdə paylaşım edib.
Həmin kitabın onlayn versiyasını müxtəlif platformalarda əldə etmək mümkündü.
“Qarabağ” – şəhəri olmadan Avropanı fəth edən komanda” kitabına 16,99 funt sterlinq (təxminən 35 manat) qiymət qoyulub.
Qeyd edək ki, Emmanuele Culianelli bu kitabı 2018-ci ildə italyan dilində təqdim edib. İngilis versiyası isə bu ilin martında işıq üzü görüb.