Azərbaycanlı veteran futbolçu Vaqif Cavadov kulli miqdarda borcunu qaytarmır.
Media TV-yə müraciət edən, Bakı şəhər Səbail rayon sakini Bağırova Dilarə Həmid qızı bildirir ki, 4 ildi Azərbaycanın tanınmış mütəxəssisə verdiyi pulu geri ala bilmir.
Xanım iddia edir ki, Cavadov ümumilikdə 142 min 500 manatdan bu günə kimi bir qəpik də geri qaytarmayıb.
Şikayətçi Dilarə Bağırova bildirir ki, veteran futbolçu onun müraciəti əsasında hüquq mühafizə orqanlarına dəvət olunub. Orda bildirib ki, borcunu qısa zamanda ödəyəcək.
Bağırovanın iddialarına aydınlıq gətirmək üçün Vaqif Cavadovla əlaqə saxlamaq istədik, ancaq o, telefona cavab vermədi.